Məhkəmə qərarları › İş №2(020)-1047/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1047/2023

23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1047/2023 23.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlu sədrliyi Məhkəmə iclas katibi X* Ərizəçi Ərizəçi Maraqlı şəxsin nümayəndəsi iştirakı ilə açıq məhkəmə iclasında Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ölümün qeyd edilmə faktı tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ölümün qeyd edilmə faktı tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə etmiş və məhkəmədən onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi ərizəyə münasibət bildirməklə qeyd etmişdir ki, ______ Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı cavabdehə qarşı aralarında bağlanmış kredit müqaviləsinin cavabdeh tərəfindən kredit ödənişlərinin vaxtında yerinə yetirilməməsi ilə əlaqədar vaxtından əvvəl ləğv edilməsi barədə məhkəməyə müraciət etmiş, lakin işin qabaqcadan məhkəmədən kənar (pretenziya) qaydasında həll edilməsi barədə mülki qanunvericilikdə müəyyən olunmuş qaydaya əməl etməmiş və bu qaydanı tətbiq etmək imkanı itirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.*-ci maddəsinə əsasən müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ölümün qeyd edilmə faktı tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İzah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan *0 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar