Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1051/2023 12.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında 06 sentyabr 2019-cu il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanılmış nikahlarının pozulması və Maraqlı şəxs xx.xx.2016-cı ildə anadan olan Sevgi və xx.xx.2021-ci ildə anadan olan Cəsur adlı uşaqlarının onun himayəsində qalması və həmin uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə 100 manat alimentin onun xeyrinə tutulması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü ü tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, maraqlı tərəf Maraqlı şəxs ilə ailə quraraq, nikahlarını 06 sentyabr 2019-cu il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlayaraq rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2016-cı ildə Sevgi, xx.xx.2021-ci ildə isə Cəsur adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə ailə münasibətləri illərdir tamami ilə kəsilmişdir. Maraqlı tərəflə ümumi təsərrüfatımızı birgə idarə etmirlər. Cavabdehlə bir ailədə yaşamaq mümkün deyildir, nikahları formal xarakter daşıyır. Xasiyyətləri uyğun gəlmir. O, mediyasiya şurasına nikahın pozulması ilə bağlı müraciət etmiş, Maraqlı şəxsla aralarındakı nikahın pozulması və alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Mediatorun iştirakı ilə aralarında barışıq sazişi bağlanmışdır. Ona görə də, Maraqlı şəxs arasında 06 sentyabr 2019-cu il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanılmış nikahlarının pozulması və Maraqlı şəxs xx.xx.2016-cı ildə anadan olan Sevgi və xx.xx.2021-ci ildə anadan olan Cəsur adlı uşaqlarının onun himayəsində qalması və həmin uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə 100 manat alimentin onun xeyrinə tutulması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü ü tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış maraqlı tərəf məhkəmə iclasına gəlmədiyindən, lakin məhkəməyə ərizəni qəbul etdiyinə dair teleqrama göndərdiyindən məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs nikahlarını 06 sentyabr 2019-cu il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2016-cı ildə Sevgi, xx.xx.2021-ci ildə isə Cəsur adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ("Birinci tərəf") və Ərizəçi("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 tərəfindən tərtib olunmuş xx.xx.2023ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, Maraqlı şəxs ilə 06 sentyabr 2019-cu il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulmasına və Maraqlı şəxs xx.xx.2016-cı ildə anadan olan Sevgi və xx.xx.2021-ci ildə anadan olan Cəsur adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 100 manat alimentin onun xeyrinə tutulmasına və həmin uşaqların onun himayəsində qalmasına razılaşmışdırlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı tərəf Maraqlı şəxs arasında 06 sentyabr 2019-cu il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının pozulması, maraqlı tərəf Maraqlı şəxs onun xeyrinə iki uşağın saxlanması üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat aliment ödənilməsi və uşaqlarının onun himayəsində qalması barədə 29 aprel 2023-cü il tarixli X2 1 saylı Mediasiya Təşkilatında bağladıqları barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 44(qırx dörd) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1051/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1051/2023
12.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver