Məhkəmə qərarları › İş №2(020)-1054/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1054/2025

26.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1054/2025 26.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- X2 vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi X2 Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X3 ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə Bakı 3 saylı mediasiya təşkilatında bağlanmış MŞB/3-00745 nömrəli barışıq sazişinin alimentin tutulması ilə bağlı 2.2-ci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X3 məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlamışdır. Həmin sazişin 2.1 bəndinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X8 ananın himayəsində saxlanılacaqdır. Sazişin 2.2ci bəndinə əsasən Əliyev X5 imzalandıqdan sonra xx.xx.2017-ci il il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat məbləğində vəsaiti ona ödəyəcəkdir. Sözügedən Sazişin 2.3. bəndinə əsasən o, Maraqlı şəxs hər həftənin şənbə və bazar günləri uşaqla görüşünə mane olmayacaqdır. Maraqlı şəxs qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs ilə aralarında olan 11 iyun 2017-ci il tarixdə qeydə alınmış nikahın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-3102/2022saylı qətnaməsinə əsasən Maraqlı şəxs ilə aralarında 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 iyun 2017-ci ildə bağlanmış və Nikahın bağlanması haqqında akt qeydləri kitabında “1471 №si ilə qeyd edilmiş nikah ləğv edilmişdir. Hazırki ərizə üzrə maraqlı şəxs X7 xx.xx.2022-ci il tarixli Barışıq sazişini şərtlərini pozaraq, aliment öhdəliyini hazirki vaxtadək icra etmişdir. Dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, aliment məbləğini ala bilməmişdir. X7 barışıq sazişinin şərtlərini kobud şəkildə pozaraq, birgə nikahlarından dünyaya gələn xx.xx.2017-ci il təvəllüdlü X1 üçün 193 manat alimenti ödəmir. Dəfələrlə ona barşıq sazişinin şərtlərinə əməl etməyini bildirsə də, o buna məhəl qoymur və barşıq sazişinin şərtlərini pozur. Ona görə də, Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə Bakı 3 saylı mediasiya təşkilatında bağlanmış MŞB/3-00745 nömrəli barışıq sazişinin alimentin tutulması ilə bağlı 2.2-ci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X2 vəkalətli nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə görə məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, ərizəçinin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-3102/2022 saylı qətnaməsindən görünür ki, X3 ilə Maraqlı şəxs arasında 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 iyun 2017-ci ildə bağlanmış və Nikahın bağlanması haqqında akt qeydləri kitabında “1471 №si ilə qeyd edilmiş nikah ləğv edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci ildə Həsən adlı uşaqları anadan olmuşdur. X3 ("Birinci tərəf") və Maraqlı şəxs ("İkinci tərəf") arasında bağlanmış, Bakı 3 saylı mediasiya təşkilatının mediatoru tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, Birinci tərəf mediasiya üçün Bakı 3 saylı Mediasiya Təşkilatını seçmişdir. İkinci tərəf mediasiya müraciətə Bakı 3 saylı Mediasiya Təşkilatında baxılmasına etiraz etməmişdir. İkinci tərəf Təklifi qəbul etmiş və nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsinə etiraz etməmişdir. Sazişin 2.1-ci bəndinə görə uşaqlar ananın himayəsində saxlanılacaqdır. Sazişin 2.2-ci bəndinə görə ikinci tərəf Saziş imzalandıqdan sonra xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat məbləğində vəsaiti Birinci tərəfə ödəyəcəkdir. Sazişin 2.3-cü bəndinə görə birinci tərəf İkinci tərəfin hər həftənin şənbə və bazar günləri uşaqla görüşünə mane olmayacaqdır. Sazişin 2.6-cı bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən ərizəçi X3 ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə Bakı 3 saylı mediasiya təşkilatında bağlanmış MŞB/3-00745 nömrəli barışıq sazişinin 2.2-ci bəndinə əsasən xx.xx.2017-ci ildə anadan olan X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə hər ay 193 (yüz doxsan üç) manat məbləğində aliment ödənilməsi barədə barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 100 (bir yüz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar