Məhkəmə qərarları › İş №2(020)-1071/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1071/2023

16.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1071/2023 16.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında xx.xx.2009-cu il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının pozulması, Maraqlı şəxs xx.xx.2011-ci ildə Göyçək, xx.xx.2014-cü ildə Sevinc və xx.xx.2023-cü ildə Səccad adlı uşaqlarının saxlanılması üçün hər ay hər uşağa görə 80 manat, cəmi 240 manat alimentin onun xeyrinə tutulması və həmin uşaqların onun himayəsində qalmaları barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişini təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə gəlməmiş, lakin teleqrama göndərərk işə onun iştirakı olmadan baxılıb ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha girərək nikahlarını Beyləqan rayonu Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2011-ci ildə Göyçək, xx.xx.2014-cü ildə Sevinc və xx.xx.2023-cü ildə Səccad adlı uşaqları doğulmuşdur. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsada sonradan xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Heç bir yerdə işləmir, uşağını saxlamaqda çətinlik çəkir. Cavabdeh uşaqları ilə maraqlanır onun saxlanması üçün maddi yardım göstərir. Lakin cavabdeh könüllü olaraq yetkinlik yaşma çatmayan uşaqların saxlanması üçün aliment ödəmir . Uşaqların normal saxlanması üçün cababdehin mütləq maddi yardımı lazımdır. Maraqlı tərəf bir ailədə yaşamaq və ailəni qoruyub saxlamaq mümkün deyildir. Ailəsinin saxlanması və bərpası qeyrimümkündür. O, mediyasiya şurasına nikahın pozulması ilə bağlı müraciət etmişdir. Maraqlı tərəflə aralarında nikahın pozulması və alimentin ödənilməsinə dair razılığa gəlmişlər. Mediatorun iştirakı ilə aralarında barışıq sazişi bağlanmışdır. Ona görə də, Maraqlı şəxs ilə aralarında xx.xx.2009-cu il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının pozulması, Maraqlı şəxs xx.xx.2011-ci ildə Göyçək, xx.xx.2014-cü ildə Sevinc və xx.xx.2023-cü ildə Səccad adlı uşaqlarının saxlanılması üçün hər ay hər uşağa görə 80 manat, cəmi 240 manat alimentin onun xeyrinə tutulması və həmin uşaqların onun himayəsində qalmaları barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişini təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məhkəməyə teleqrama göndərərk edərək məhkəmə iclasına gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını göstərmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən və onun iştirakı olmadan işə baxılmasını xahiş etdiyindən cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib hesab edir ki,ərizə təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs nikahlarını xx.xx.2009-cu il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2011-ci ildə Göyçək, xx.xx.2014-cü ildə Sevinc və xx.xx.2023-cü ildə Səccad adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ("Birinci tərəf") və Ərizəçi("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs aralarında xx.xx.2009-cu il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının pozulması, Maraqlı şəxs xx.xx.2011-ci ildə Göyçək, xx.xx.2014-cü ildə Sevinc və xx.xx.2023-cü ildə Səccad adlı uşaqlarının saxlanılması üçün hər ay hər uşağa görə 80 manat, cəmi 240 manat alimentin ərizəçinin xeyrinə tutulması və həmin uşaqların ərizəçinin himayəsində qalmalarına razılaşmışdırlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı tərəf Maraqlı şəxs ilə aralarında xx.xx.2009-cu il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının pozulması, Maraqlı şəxs xx.xx.2011-ci ildə Göyçək, xx.xx.2014-cü ildə Sevinc və xx.xx.2023-cü ildə Səccad adlı uşaqlarının saxlanılması üçün hər ay hər uşağa görə 80 manat, cəmi 240 manat alimentin onun xeyrinə tutulması və həmin uşaqların onun yanında qalmaları barədə Maraqlı şəxs arasında mediasiya şurasında bağlanmış xx.xx.2023cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 48.80 (qırx səkkiz manat səksən qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar