Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1073/2025 02.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirmiş və işə mahiyyəti üzrə baxılmasına təkid etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1. və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməsi ilə bağlı məhkəməyə müraciət etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalı, habelə iddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixli **********48 №li qəbz əsasında ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixli **********48 №-li qəbz əsasında ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1073/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1073/2025
02.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver