Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-108/2024 29.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Beyləqan rayon * saylı Notariat ofsinə qarşı mirası qəbul edilməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi maraqlı şəxs Beyləqan rayon * saylı Notariat ofsinə qarşı mirası qəbul edilməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş eməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Ərizəçi maraqlı şəxs Beyləqan rayon * saylı Notariat ofsinə qarşı mirası qəbul edilməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlanılsın. İddiaçının dövlət rüsumu kimi ödədiyi *00 manat pul özünə qaytarılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan onun surətirəsmi qaydada verildikdən sonra *0 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-108/2024
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-108/2024
29.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver