Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1096/2024 13.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əri 2*.*2.*995-ci ildə anadan olmuş X3 22 may 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri, 2*.*2.*995-ci il tarixdə anadan olmuş X5 22 may 2022-ci il tarixdə rəhmətə getmişdir. Əri müharibədə yaralanmış və qazi idi. Müharibədən qayıdandan sonra sarsıntı keçirdiyi üçün psixoloji problemləri var idi. Müharibədən sonra aldığı yaralardan çox əziyyət çəkirdi və sonda da intihar edərək özünü öldürdü. Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon 3 saylı qəsəbə qəbristanlığında dəfn edilmişdir. Səhlənkarlıqdan əri, 2*.*2.*995-ci il tarixdə anadan olmuş X3 22 may 2022-ci il tarixdə rəhmətə getməsinə baxmayaraq, qeydiyyat orqanından ölüm sənədi alınmamışdır. Ərinin ölümündən sonra səhlənkarlığından ölüm haqqında şəhadətnamə almaq üçün qeydiyyat orqanına müraciət etməmişdir. Hal-hazırda ölüm sənədinin olmaması problemlər yaratdığından ötrü mərhum ərinin ölümünü təsdiq edən sənədə ehtiyac vardır. O, Cəbrayıl rayon mərkəzi xəstəxanasına müraciət etsə də, xəstəxana da müayinə edilmədiyi üçün ölüm sənədi verilməkdən imtina edilmişdir. Əri, 2*.*2.*995-ci ildə anadan olmuş X5 özünü asdığı üçün Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işi başlanılması barədə 22 iyun 2022-ci il tarixdə rədd qərarı qəbul edilmişdir. Maraqlı şəxs bərpa akt qeydləri üzrə vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində ölüm sənədi aşkar olunmamışdır. Ərinin ölümünü təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş və ona bildirmişdilər ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. O, mülkü adına keçirmək və övladına müavinət almaq və digər işləri görmək istəyir. Lakin ərinin ölüm sənədi olmadığı üçün sənədləşmə işləri apara bilmir. Ona görə də ərinin ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, əri Biləsuvar rayonunda yaşadıqları evdə intihar etmişdir. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ seriyalı 4*5449 №-li Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə Ərizəçi arasında rəsmi nikah *9 may 202*-ci il tarixdə Cəbrayıl rayon Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabənda 35 №-ilə qeyd edilmişdir. 22 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Əlisahib Məmmədovun 22 may 2022-ci il tarixdə yaşadığı evdə olan yardımçı tikilidən özünü asaraq intihar etməsi cinayət hadisəsi olmadığından, toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.*.*-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Cəbrayıl rayonu İcra Hakimiyyəti Başçısının Sarıcallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *0 may 2024-cü il tarixli 87 №-li Arayışdan görünür ki, mərhum X* rayonu ərazisində yerləşən Cəbrayıl rayon 3 saylı qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X7 07 iyun 2024-cü il tarixli *0*2 №-li məktubundan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə saat *9:00 radələrində özünü asmış, onun meyidi təxminən 20:*0 radələrində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası”-nın həyətində olan morqa gətirilmişdir. Cəbrayıl rayon prokuroru Ramiz Əliyev və Prokurorluq əməkdaşlarının iştirakı ilə İmişli Rayon Mərkəzi X2 həkimi Şaiq tərəfindən meyidə baxış keçirilmiş ekspertiza aparılmışdır. Yuxarıdakıları əsas götürərək, “Cəbrayıl Rayon Mərkəzi Xəsətəxanası” mərhumun ölüm haqqında tibbi şəhadətnaməni verə bilməz. X5 “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası”-na heç vaxt xəstəliklə əlaqədar müraciət etməmişdir. Maraqlı şəxsndən verilmiş *3 may 2024-cü il tarixli Rəydən görünür ki, Ərizəçi mərhum əri X3 ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, X5 2*.*2.*995-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş və Cəbrayıl rayonunun Sarıcalı kəndində qeydiyyatdadır. *4 may 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, 2* dekabr *995-ci il təvəllüdlü X3 22 may 2022-ci il tarixdə, Biləsuvar rayonunda vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 2* dekabr *995-ci il təvəllüdlü X3 22 may 2022-ci il tarixdə, Biləsuvar rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə 2* dekabr *995-ci il təvəllüdlü X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1096/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1096/2024
13.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver