Məhkəmə qərarları › İş №2(020)-1098/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1098/2024

13.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1098/2024 13.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, arvadı 20.**.*97*-ci il təvəllüdlü X* *6 fevral 20**-ci il tarixində Beyləqan rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, arvadı 20.**.*97*-ci ildə anadan olmuş X4 *6 fevral 20**-ci ildə rəhmətə getmişdir. Beyləqan rayonunun *-ci Şhsevən kənd qəbristanlığında dəfn edilmişdir. Səhlənkarlıqdan arvadı 20.**.*97*-ci ildə anadan olmuş X* *6 fevral 20**-ci il tarixdə rəhmətə getməsinə baxmayaraq Qeydiyyat orqanından ölüm sənədi almamışdır. Arvadının ölümündən sonra səhlənkarlığından arvadı, 20.**.*97*-ci ildə anadan olmuş X* *6 fevral 20**-ci il tarixdə rəhmətə getməsinə baxmayaraq Qeydiyyat orqanından ölüm sənədi alınmamışdır. Arvadının ölümünü təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Hal-hazırda ölüm sənədinin olmaması problemlər yaratdığından ötrü mərhum arvadının ölümünü təsdiq edən sənədə ehtiyac vardır. Sistemə vurulduqda mərhumun adı çıxır və ailə üzvü kimi yazılır. Maraqlı şəxs bərpa akt qeydləri üzrə vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində aşkar olunmamışdır. Arvadının ölümünü təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş və bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. O, ölümü təsdiq edən sənədi almaq üçün Qeydiyyat orqanına müraciət etsə də, bildirdilər ki ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. O, Beyləqan rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, xəstəxana da müayinə edilmədiyi üçün ölüm sənədi verilməkdən imtina edilmişdir. O, mülkü adına keçirmək və digər işlər görmək istəyir. Lakin arvadının ölüm sənədi olmadığı üçün sənədləşmə işləri apara bilmir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, arvadı Beyləqan rayonu İİ Şahsevən kəndində anası gilin evində ölmüşdür. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi arvadı X4 20**-ci il tarixdə elə həmin kənddə, yəni Beyləqan rayonu İİ Şahsevən kəndində yaşayan valideynlərinin evində ölmüş və onu Beyləqan rayonu *-ci Şahvsevən kənd qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçinin arvadı X4 *6 fevral 20**-ci il tarixdə Beyləqan rayonu İİ Şahsevən kəndində yaşayan valideynlərinin evində ölmüşdür. Mərhumu Beyləqan rayonu *-ci Şahvsevən kənd qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli Arayışdan görünür ki, X4 20 noyabr *97*-ci il tarixdə Beyləqan rayonu İİ Şahsevən kəndində anadan olmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli Arayışdan görünür ki Ərizəçi ilə X4 arasında rəsmi nikah *2 aprel *996-cı il tarixdə Beyləqan rayonu İİ Şahsevən kənd icra nümayəndəliyində bağlanmış və akt qeydləri kitabında 02 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Bayramova” soyadı verilmişdir. Beyləqan rayonu *-ci Şahsevən kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 yanvar 2024-cü il tarixli 47 №-li Arayışdan görünür ki, mərhumə X5 *6 fevral 20**-ci il tarixdə Beyləqan rayonu Birinci Şahsevən kəndi qəbristanlığına dəfn olunub. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X** *0 iyun 2024-cü il tarixli 2425 №-li məktubundan görünür ki, Beyləqan rayon İİ Şahsevən kənd sakini Ərizəçi həyat yoldaşı Qəhramanova (Bayramova) Gülaya Muxtar qızının ailə üzvləri ölüm haqqında tibbi şəhadətnamə almaq üçün “Beyləqan RMX”-ya müraciət etməmişdir. Maraqlı şəxsndən verilmiş 29 yanvar 2024-cü il tarixli Rəydən görünür ki, Ərizəçi arvadı X2 ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Fotoşəkillərdən görünür ki, qəbir daşının üzərində “X3” və Xİ.20.*97*. 20**.*6.İİ” qeyd edilmişdir. 30 yanvar 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, 20 noyabr *97*-ci il təvəllüdlü Qəhrəmanova (Bayramova) Gülaya Muxtar qızının *6 fevral 20**-ci il tarixdə, Beyləqan rayonunun İkinci Şahsevən kəndində ev şəraitində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 20 noyabr *97*-ci il təvəllüdlü Qəhrəmanova (Bayramova) Gülaya Muxtar qızının *6 fevral 20**-ci il tarixdə, Beyləqan rayonunun İkinci Şahsevən kəndində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə 20 noyabr *97*-ci il təvəllüdlü Qəhrəmanova (Bayramova) Gülaya Muxtar qızının adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar