Məhkəmə qərarları › İş №2(020)-11/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-11/2025

03.09.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-11/2025 03.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçılar İddiaçı3 və X5, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və X5 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması və maneənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı3, İddiaçı1 və X1 mülkiyyət hüququna dair J№ 382 saylı 60711018 KOD nömrəli dövlət aktına əsasən onlara məxsus olan 3,17 ha torpaq sahəsinin 0.79 ha zəbt edilmiş hissəsindən cavabeh Cavabdeh çıxarılması və torpaq sahəsinə müdaxilənin cavabdehə qadağan edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 nömrəli qərarı ilə onlara-yəni ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 3,17 ha torpaq sahəsi verilmişdir. Bu barədə onlara torpağa mülkiyyət hüququna dair J№ 382 saylı 60711018 KOD nömrəli dövlət aktı verilmişdir. Torpaq onlara veriləndən torpaqdan istifadəsində maneələr yaranmışdır. Belə ki, Cavabdeh onlara məxsus torpaq sahəsini zəbt edərək istifadə edir və ya müxtəlif şəxslərə qanunsuz olaraq satır. Bununla da cavabdeh onların mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd edir ki, cavabdeh onların qardaşıdır. Ailələrinə məxsus olan 3,17 torpaq sahəsini onlar icrayə verirdilər. X13 icarəyə verdikləri torpaq sahəsini qanunsuz olaraq adına keçirtmişdir. Lakin Beyləqan Rayon Məhkəməsinin 2(020)-25/2010 saylı qətnaməsi ilə X8 adına verilmiş 16 avqust 2004-cü il tarixli J№ 0868 saylı Dövlət Aktının 0.79 ha torpaq sahəsinə dair hissəsi etibarsız hesab edilmişdir. Cavabdeh ona 0.79 ha torpaq sahəsinə yaxınlaşmağına belə imkan vermir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X11 iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, həmin torpaq sahəsi ona məxsusdur. İddiaçılar mübahisəli torpaq sahəsini başqa şəxsə satmışlar,o isə həmin şəxsdən almışdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN-382 KOD 60711018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktının surətindən görünür ki, İddiaçı3, X3, İddiaçı1 və X6 Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 3,17 ha kənd təsərrüfatı məhsulların istehsalı ilə əlaqədar torpaq sahəsi verilmişdir. xx.xx.2017-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 rayonu Təzəkənd kəndi ünvanında yerləşən ümumi sahəsi 3.17 ha torpaq sahəsini 5000 manata Cavabdeh satmışdır. Beyləqan Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(020)-37/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh cavabeh İddiaçı3 qarşı torpaq sahəsindən çıxarılma, mülkiyyət hüququna qanunsuz müdaxilənin qadağan edilməsi və ziyan tələbinə dair iddiası qismən təmin edilmiş və cavabdeh İddiaçı3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı reyestr nömrəsi ********** olan Çıxarışla ünvan 1 kəndində yerləşən Cavabdeh məxsus 0.8557 ha torpaq sahəsindən çıxarılması, İddiaçı3 tərəfindən həmin torpaq sahəsinə müdaxilə edilməsi qadağan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyul 2025-ci il tarixli, 10/1417 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 nömrəli qərarı ilə JN 382 saylı kod 60711018 olan “Torpağa Mülkiyyət Hüququna Dair Dövlət” Aktı ilə İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş ünvan 1 kəndində yerləşən ha (2.31 ha və 0.86 ha) torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 nömrəli qərarı ilə JN 382 saylı kod 60711018 olan “Torpağa Mülkiyyət Hüququna Dair Dövlət” Aktı ilə İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş ünvan 1 kəndində yerləşən 3.17 ha (2.31 ha və 0.86 ha) torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********45 və qeydiyyat tarixi xx.xx.2017-ci il olan Çıxarışa əsasən 2.3110 ha, eyni zamanda Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********52 və qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən, 0.8557 ha torpaq sahələri Cavabdeh xüsusi mülkiyyətində olduğuna görə faktiki olaraq onun tərəfindən istifadə olunur. Cavabdeh tərəfindən təqdim edilən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********45 və qeydiyyat tarixi xx.xx.2017-ci il olan çıxarışa əsasən, eyni zamanda Azərbaycan Respublkası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********* olan, reyestr nömrəsi **********52 və qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən, xüsusi mülkiyyətində olan 2.3110 ha 0.8557 ha torpaq sahələri ilə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 nömrəli qərarı ilə JN 382 saylı kod 60711018 olan “Torpağa Mülkiyyət Hüququna Dair Dövlət” aktı ilə İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.17 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh yuxarıda qeyd olunan sənədlərə əsasən, xüsusi mülkiyyətində olan torpaq sahələri ilə İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi eyni ərazilərdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 kəndində yerləşən 2.3110 ha torpaq sahəsi İddiaçı3 xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə 59 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində ********** nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 kəndində yerləşən 0.8557 ha torpaq sahəsi İddiaçı3 xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-cı il tarixdə 65 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində ********** nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 kəndində yerləşən 0.7965 ha torpaq sahəsi İddiaçı3 xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə 152 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində ********** nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddianın qaldırılması üçün məhkəmənin hesabına 130 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, göründüyü kimi, iddiaçı tərəf hal-hazırda məhkəməyə müraciət edərək, Cavabdeh onlara məxsus olan 3,17 ha torpaq sahəsinin 0.79 ha hissəsinin zəbt edildiyini bildirilərək, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinə müdaxilənin qadağan edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 kəndi ərazisində yerləşən 2,3110 ha və 0.8557 ha torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********45 və qeydiyyat tarixi xx.xx.2017-ci il olan Çıxarışa və qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********52 və qeydiyyat tarixi xx.xx.2018-ci il olan Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətindədir. 09 iyul 2025-ci il tarixli, 10/1417 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə də, həmin faktı təsdiq etmişdir. Göründüyü kimi, həmin torpaq sahələri cavabdehin xüsusi mülkiyyətindədir və onun tərəfindən qanunsuz olaraq zəbt edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, həmin Çıxarışlarda qeyd edilən torpaq sahələri ilə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 nömrəli qərarı ilə JN 382 saylı kod 60711018 olan “Torpağa Mülkiyyət Hüququna Dair Dövlət” aktı ilə İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.17 ha torpaq sahəsi ilə üst-üstə düşür. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsini cavabdeh xx.xx.2017-ci il tarixdə notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən X7 almışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı3, İddiaçı1 və X5 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması və maneənin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı3 aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 50 (əlli) manatı İddiaçı3, İddiaçı1 və X4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1 və X5 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması və maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı3 aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı3, İddiaçı1 və X4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar