Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1132/2023 07.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfəli İzzət oğlu Seyfullayevin sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi oğlu - X2 3* may *996-ci ildə ölməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizəylə məhkəməyə müraciət edərək 29 oktyabr *985-ci ildə anadan olmuş oğlu X2 3* may *996-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X* ilə birgə nikahlarından 29 oktyabr *985-cı ildə anadan olmuş oğlu İnqilab 3* may *996-ci ildə ölmüşdür. Oğlu Beyləqan rayonunda yerləşən Cərciz Peyğəmbər ziyarətgahındakı qəbristanlıqda dəfn edilmişdir. Oğlunun ölümündən sonra başları dəfn mərasiminə qarışdığından və sonradan səhlənkarlıqdan müvafiq qeydiyyat orqanından uşağa ölüm haqqında şəhadətnamə götürməmişlər. Bu səbəblə də oğlunun ölməsi barədə qeydiyyat aparılmamışdır. Hazırda mülkiyyətlərində olan əmlaklarını, torpaq sahəsini sənədlədirmək istəyir. Lakin Dövlət aktında adı qeyd olunan oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından bir sıra çətinliklərlə üzləşir. О, ölüm faktını təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün mütləq məhkəməyə müraciət etməlidir. Odur ki, 29 oktyabr *985-ci ildə anadan olmuş oğlu X2 3* may *996-ci ildə ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Маraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına heç bir üzürlü səbəb olmadan vəkalətli nümayəndəsini göndərməmişdir. Мəhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Мəhkəmə ərizəçinin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır. İşdə olan Maraqlı şəxs 04 may 2023-cü il tarixli, 39 saylı ölüm haqqında akt qeydinin alınmasından imtina haqqında rəydən görünür ki, Ərizəçi mərhum oğlu X2 ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X4 29 oktyabr *985-ci ildə anadan olmuşdur. Beyləqan rayon İHB-nın Beyləqan rayonu Şitilçilik qəsəbə üzrə ərazi nümayəndəsinin xx.xx.2023-ci il tarixli 78 saylı arayışından görünür ki, ərizəçi Əhmədova X3 rayonu Şitilçilik qəsəbəsində yaşayır. Azərbaycan Respublikası МPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi faktının müəyyən olunmasına dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Halbu ki, ərizəçinin uşağı 29 oktyabr *985-ci ildə anadan olmuş oğlu X2 3* may *996-ci ildə ölməsi faktı ərizəçinin izahatı və mülki işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmədə müəyyən edildi ki, ərizəçiyə həmin faktın təsdiqi mülkiyyətlərində olan əmlaklara dair hüquqlarını həyata keçirməkdən ötrü lazımdır. Ərizəçi oğluna ölüm şahadətnaməsi götürmədiyindən müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Ona görə də həmin faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və Аzərbaycan Respublikası МPМ-nin 305.*.*, 308-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi 0* iyul *996-ci ildə anadan olmuş oğlu X2 3* may *996-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 29 oktyabr *985-ci ildə anadan olmuş oğlu X2 3* may *996-ci ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1132/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1132/2023
07.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver