Məhkəmə qərarları › İş №2(020)-1160/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1160/2024

20.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1160/2024 20.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 25 oktyabr *988-ci il təvəllüdlü X* 20 aprel 2004-cü il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 22 dekabr *987-ci il tarixində X4 ilə evlənərək, nikahlarını Azərbaycan SSR Jdanov rayonu, indiki Beyləqan rayonu Bunyadlı kənd sovetində qeyd etdirmişlər. Onların birgə nigahlarından 25 oktyabr *988-ci il tarixində X6 adlı uşaqları anadan olmuşdur. Oğlu - 25 oktyabr *988-ci il təvəllüdlü X6 20 aprel 2004-cü il tarixində Beyləqan rayonunun Qaralılar kəndində yaşadıqları evdə özünü asaraq intihar etmişdir. Bu faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 207 və 2*2-ci maddələrinə əsasən xx.xx.2004-cü il tarixli qərarla rədd edilmişdir. Oğlu Beyləqan rayonu Qaralılar kənd qəbristanlığında dəfn edilmişdir. Bunu kənd qəbiristanlığında olan qəbir daşının foto şəkilləri də təsdiq edir. Beyləqan rayonunun Qaralılar kənd qəbiristanlığında dəfn olunmasına baxmayaraq bu günə kimi onun ölümü haqqında şəhadətnanmə götürülməmişdir. X* ölümü haqqında akt qeydinin qeydə alınması üçün Maraqlı şəxsnə rəsmi ərizə ilə müraciət olunmuşdur. Lakin Maraqlı şəxsnə heç bir sənəd təqdim edə bilmədiklərindən ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilməsi haqqında 06 may 2024-cü il tarixli *96 saylı rəy verilmişdir. Oğlunun ölməsini və dəfn edilməsini Beyləqan rayon İHB-nın Qaralılar kənd İƏD-si üzrə nümayəndəliyinin vermiş olduğu 07 may 2024-cü il tarixli 89 saylı arayış da təsdiq edir. Faktın müəyyən edilməsi Beyləqan rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ailə üzvlərinə, o cümlədən də mərhum oğlu X3 verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənədləşdirilməsi zamanı yaranmış maneələrin aradan götürülməsi məqsədini daşıyır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, oğlu Beyləqan rayonu Qaralılar kəndində ozünə məxsus olan evində ölmüşdür. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xİİİ-ЖГ seriyalı 34*2*4 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 25.*0.*988-cı il təvəllüdlü X* atası Ərizəçi, anası isə X2r. İV- ЖГ seriyalı 2755*5 №-li Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 arasında nikah 22 dekabr *987-ci il tarixdə Azərbaycan SSR Jdanov rayonu, Bunyadlı kənd sovetliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 32 № ilə qeyd edilmişdir. Beyləqan rayonu Qaralılar kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 may 2024-cü il tarixli 89 №-li Arayışdan görünür ki, mərhum X6 20 aprel 2004-cü il tarixdə Beyləqan rayonu Qaralılar kəndi qəbristanlığına dəfn olunub. Beyləqan rayonu Prokurorluğun Ərizəçi ünvanlanmış *8 may 2024-cü il tarixli, 225- 24 №-li məktubundan görünür ki, Beyləqan rayonu, Qaralılar kənd sakini *988-ci il təvəllüdlü X6 yaşadığı evdə özünü asaraq intihar etmişdir. S.S. Abdullayevin ölməsi ilə bağlı Beyləqan rayon prokurorluğunda araşdırma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39, 40, 207 və 2*2-ci maddələrinə əsasən xx.xx.2004-cü il tarixli qərarla rədd edilmişdir. Həmin qərarın surəti 30 aprel 2004-cü il tarixdə 24C-04 nömrəli məktubla göndərilmişdir. 26 aprel 20*3-cü il tarixli “Saxlanılmalı olmayan sənədlərin, işlərin məhv edilməsi üçün ayrılması barədə” Aktla həmin cinayət xarakterli material məhv edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinin Sizə göndərilməsi mümkün olmamışdır. Maraqlı şəxsndən verilmiş 06 may 2024-cü il tarixli Rəydən görünür ki, Ərizəçi oğlu X* ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Fotoşəkillərdən görünür ki, qəbir daşının üzərində “X5” və “8 X *988 2004.20.İV” qeyd edilmişdir. *4 may 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, 25 oktyabr *988-ci il təvəllüdlü X* 20 aprel 2004-cü il tarixdə, Beyləqan rayonunun Qaralılar kəndində ölməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 25 oktyabr *988-ci il təvəllüdlü X* 20 aprel 2004-cü il tarixdə, Beyləqan rayonunun Qaralılar kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə 25 oktyabr *988-ci il təvəllüdlü X* adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar