Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1182/2024 27.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 2*.*2.*967-ci ildə anadan olan arvadı X3 24.04.20*8-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, 27.04.*986-ci ildə Beyləqan rayon Dünyamalılar kəndində yaşamış 2*.*2.*967-ci il təvəllüdlü (Qılıcova) X4 ilə ailə qurub nikahlarını Beyləqan rayon İHB-nin Dünyamalılar kənd İƏD nümayəndəliyində qeydə aldırmışlar və birgə nikahlarından üç uşaqları olmuşdur. X5 24 aprel 20*8-ci il tarixdə ölmüş və onun ölümü Beyləqan rayon Dünyamalılar kənd Ərazi Nümayəndəliyində qeydə alınmamışdır. Arvadının yas mərasimindən sonra Bakı şəhərinə getdiklərindən ölüm haqqında şəhadətnamə almamışdır. O, arvadı Xoşbəxtin ölüm faktının qeydə alınması üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, Maraqlı şəxs müraciətinə baxaraq X3 ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilməsi barədə qərar qəbul etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərinin ölüm sənədini başqa cür əldə etmək mümkün deyildir. Ona görə də 2*.*2.*967-ci ildə anadan olan arvadı X3 24.04.20*8-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində ölməsi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. İşdə olan doğum şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 2*.*2.*967-ci ildə anadan olmuşdur. İşdə olan nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi ilə X4 nikahları 09.04.*986-cı ildə Beyləqan rayon İHB-nin Dünyamalılar kənd İƏD nümayəndəliyində qeydə aldırmışlar. İşdə olan TƏBİB X8 “Beyləqan Mərkəzi Rayon Xəstəxanası” X7 Düyamalılar Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli, 30 saylı tibbi arayışdan görünür ki, Ərizəçi 2*.*2.*967-ci ildə anadan olan X* xəstəlikdən sonra 24.04.20*8-ci ildə vəfat etmişdir. İşdə olan Beyləqan rayon İHB-in Dünyamalılar kənd İƏD üzrə üzrə nümayəndəsinin *9.0*.2024cü il tarixli *03 saylı arayışından görünür ki, Ərizəçi həyat yoldaşı X4 24.04.20*8-ci ildə vəfat etmiş, Beyləqan rayon Dünyamalılar kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, 2*.*2.*967-ci ildə anadan olan X4 24.04.20*8-ci ildə ölmüşdür. İşdə olan Maraqlı şəxs *9.0*.2024-cü il tarixli rəyindən görünür ki, Ərizəçi mərhum arvadı X3 ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. İşə əlavə edilmiş TƏBİB X8 “Beyləqan Mərkəzi Rayon Xəstəxanası” X7 *2.06.2024-cü il taixli tibbi arayışdan görünür ki, X4 24.04.20*8-ci ildə vəfat etmişdir. Vətəndaşın ailə üzvləri ölüm haqqında tibbi şəhadətnamə almaq üçün Beyləqan RMX-yə müraciət etməmişlər. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi faktının müəyyən olunmasına dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmədə müəyyən edildi ki, ərizəçiyə həmin faktın təsdiqi mülkiyyətlərində olan əmlaklara dair hüquqlarını həyata keçirməkdən ötrü lazımdır. Ərizəçi arvadına ölüm haqqında şahadətnamə götürmədiyindən müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Ona görə də həmin faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 305.*.*, 307-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi 2*.*2.*967-ci ildə anadan olan arvadı X3 24.04.20*8-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-309, 2*6- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 2*.*2.*967-ci ildə anadan olan arvadı X3 24.04.20*8-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1182/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1182/2024
27.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver