Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-120/2023 19.01.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi- Ərizəçi, Маraqlı tərəf Maraqlı şəxs rəisi Malik Mahmudovun iştirakı ilə, Ərizəçi bacısı Ərizəçi Rəşid qızının 08 aprel 20*3-cü ildə ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizəylə məhkəməyə müraciət edərək bacısı Ərizəçi Rəşid qızının 08 aprel 20*3cü ildə Beyləqan rayonunun Yeni Mil qəsəbəsində ölməsinin qeyd edilməsi faktı müəyyən edilsin. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, bacısı Ərizəçi Rəşid qızının 08 aprel 20*3-cü ildə dünyasını dəyişmiş və yaşadıqları Beyləqan rayonunun Yeni Mil qəsəbəsində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Bacısının ölümündən sonra başları dəfn mərasiminə qarışdığından və sonradan səhlənkarlıqdan müvafiq qeydiyyat orqanından bacısına ölüm haqqında şəhadətnamə götürməmişlər. Bu səbəblə də bacısının ölməsi barədə qeydiyyat aparılmamışdır. Bacısının ölüm haqqında şəhadətnaməsi olmadığından bir sıra çətinliklərlə üzləşir. О, ölüm faktını təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün mütləq məhkəməyə müraciət etməlidir. Odur ki, bacısı Ərizəçi Rəşid qızının 08 aprel 20*3-cü ildə Beyləqan rayonunun Yeni Mil qəsəbəsində ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Маraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına heç bir üzürlü səbəb olmadan vəkalətli nümayəndəsini göndərməmişdir. Мəhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Мəhkəmə ərizəçinin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır. İşdə olan Maraqlı şəxs ** noyabr 2022-ci il tarixli, 568 saylı ölüm haqqında akt qeydinin alınmasından imtina haqqında rəydən görünür ki, Ərizəçi mərhum bacısı Ərizəçi Rəşid qızının ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. İşdə olan Beyləqan rayon İHB-nin Yeni Mil qəsəbə İƏDİ üzrə nümayəndəsinin 08 iyun 2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi Rəşid qızı 08 aprel 20*3-cü ildə Beyləqan rayonunun Yeni Mil qəsəbəsindədəfn edilmişdir. Beyləqan rayon İHB-nın Beyləqan rayonu Yeni Mil qəsəbəsi üzrə ərazi nümayəndəsinin **.**.2022-ci il tarixli, 345 saylı arayışından görünür ki, Ərizəçi Beyləqan rayonu Yeni Mil qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası МPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi faktının müəyyən olunmasına dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Halbu ki, ərizəçinin bacısı 08 aprel 20*3-cü ildə Beyləqan rayonunun Yeni Mil qəsəbəsində ölməsi faktı ərizəçinin izahatı və mülki işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmədə müəyyən edildi ki, ərizəçiyə həmin faktın təsdiqi mülkiyyətində olan torpaq sahəsinə dair hüquqlarını həyata keçirməkdən ötrü lazımdır. Çünki torpağa mülkiyyət hüququna dair Dövlət aktında onun mərhum bacısı Ədibə Abdullayevanın adı qeyd olunduğuna görə o, torpaq sahəsi ilə bağlı müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Ona görə də həmin faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və Аzərbaycan Respublikası МPМ-nin 305.*.*, 308-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi bacısı Ərizəçi Rəşid qızının 08 aprel 20*3-cü ildə Beyləqan rayonunun Yeni Mil qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi bacısı Ərizəçi Rəşid qızının 08 aprel 20*3-cü ildə Beyləqan rayonunun Yeni Mil qəsəbəsində ölməsinin qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-120/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-120/2023
19.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver