Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1211/2023 26.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Beyləqan rayon məhkəməsinin məhkəmə iclas katibi Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması, uşaqların himayədə olması və aliment tələbinə dair ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması,uşaqların himayədə olması və 4 uşaq üçün 400 manat alimentin alınması barədə qətnamə çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi qəbzdən görünür ki, o hazırkı tələblə bağlı 25 manat dövlət rüsumu ödəmişdir. Halbu ki, iddiaçının tələb etdiyi qiymətləndirilməyən iddia ərizəsi, yəni nikahın ləğv edilməsinə dair olduğuna görə xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” qanunun tələblərinə uyğun olaraq 100 manat məbləğində dövlət rüsumu ödəməli idi. İddiaçı mediasiya xərci ilə bağlı 50 manat ödəniş etdiyinə görə hazırkı iddia ilə bağlı 50 manat dövlət rüsumunu ödəməli və bu barədə qəbzi iddia ərizəsinə əlavə etməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinin tələbinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması, uşaqların himayədə olması və aliment tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-1211/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1211/2023
26.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver