Məhkəmə qərarları › İş №2(020)-1212/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1212/2023

05.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1212/2023 05.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Beyləqan rayon məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu ildə anadan olmuş Gülçin, xx.xx.2012-ci ildə anadan olmuş Məryəm və xx.xx.2014-cü ildə anadan olmuş Ülvü adlı uşaqların saxlanması üçün ondan tutulan hər ay hər uşağa görə 100 manat alimentin miqdarının hər ay hər uşağa görə 40 manat müəyyən edilməsi barədə X1 ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki,Maraqlı şəxs ilə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2009-cu ildə Gülçin, xx.xx.2012-ci ildə Məryəm və xx.xx.2014-cü ildə Ülvü adlı uşaqları dünyaya gəlmişdir. Heç bir yerdə işləmir və xəstədir. Alimenti ödəməyə çətinlik çəkir. Maraqlı şəxs ilə aralarında razılaşmışlar. Odur ki, Beyləqan rayon məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu ildə anadan olmuş Gülçin, xx.xx.2012-ci ildə anadan olmuş Məryəm və xx.xx.2014-cü ildə anadan olmuş Ülvü adlı uşaqların saxlanması üçün ondan tutulan hər ay hər uşağa görə 100 manat alimentin miqdarının hər ay hər uşağa görə 40 manat müəyyən edilməsi barədə X1 ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs iddianı qəbul etdi və izahatında göstərdi ki, Ərizəçi birgə nikahdan xx.xx.2009-cu ildə Gülçin , xx.xx.2012-ci ildə Məryəm və xx.xx.2014-cü ildə Ülvi adlı uşaqları dünyaya gəlmişdir. Ərizəçi ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını etirazı yoxdur. Ərzənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, maraqlı şəxsin izahatını dinləyib hesab edir ki, ərizə təmin edilməlidir Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2009-cu ildə Gülçin, xx.xx.2012-ci ildə Məryəm və xx.xx.2014-cü ildə Ülvü adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ("Birinci tərəf") və Ərizəçi ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, tərəflər birgə nikahdan xx.xx.2009-cu ildə Gülçin, xx.xx.2012-ci ildə Məryəm və xx.xx.2014-cü ildə Ülvü adlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə ana Maraqlı şəxs xeyirinə 40 AZN aliment verilməsinə razılaşmışdırlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büər. Ərizəçi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi cavabdehə müraciət edərək, xx.xx.2023-cü il tarixli Banşıq sazişinin imzalandığı tarixdən bir aydan çox vaxtın keçməsinə baxmayaraq bu günə kimi heç bir aliment ödənilmədiyini bildirərək, sazişə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni xx.xx.2009-cu ildə Gülçin, xx.xx.2012-ci ildə Məryəm və xx.xx.2014-cü ildə Ülvü adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 40 manat alimenti bu məktubu aldığı vaxtdan dərhal sonra ödəməyi tələb etmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, maraqlı şəxs xx.xx.2023-cü tarixli məktuba cavab olaraq, barışıq sazişin könüllü icra edilməsindən, yəni Ərizəçiı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu ildə anadan olan Gülçin, xx.xx.2012-ci ildə anadan olan Məryəm və xx.xx.2014-cü ildə anadan olan Ülvü adlı uşaqların saxlanılması üçün hər ay hər uşağ görə 40 manat alimenti ödəməkdən imtina etməsini bildirmişdir. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları iləMaraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, iddia təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu ildə anadan olmuş Gülçin, xx.xx.2012-ci ildə anadan olmuş Məryəm və xx.xx.2014-cü ildə anadan olmuş Ülvü adlı uşaqların saxlanması üçün ondan tutulan hər ay hər uşağa görə 100 manat alimentin miqdarı hər ay hər uşağa görə 40 manat müəyyən edilsin, X1 ilə Ərizəçi aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi təsdiq edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar