Məhkəmə qərarları › İş №2(020)-1213/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1213/2023

18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1213/2023 18.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi Maraqlı tərəf Maraqlı şəxs rəisi X4 iştirakı ilə, Ərizəçi qızı- X2 ** dekabr *999-cu ildə ölməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X*nın ** dekabr *999-cu ildə ölməsi faktının qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, X3 ilə birgə nikahlarından Humay adlı qızı anadan olmuşdur. X* *8 aprel *996-cı ildə anadan olmuş və ** dekabr *999-cu ildə ölmüşdür. Beyləqan rayonunun Dünyamalılar kənd qəbiristanlıqda dəfn edilmişdir. Səhlənkarlıqdan X*nın ** dekabr *999-cu ildə rəhmətə getməsinə baxmayaraq ölümü haqqında Qeydiyyat orqanına müraciət etməmişdir. Hal-hazırda mərhumdan qalan miras əmlakın vərəsəlik üzrə sənədləşdirilməsindən və ölüm sənədinin olmaması digər problemlər yaratdığından ötrü mərhum qızının ölümünü təstiq edən sənədə ehtiyac vardır. Qızının ölüm faktını təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etsələr də, ona bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün mütləq məhkəməyə müraciət etməlidirlər. Odur ki, X2 ** dekabr *999-cu ildə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs rəisi Malik Mahmudov ərizənin təmin edilməsinə etiraz etmədi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı tərəfin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır. İşdə olan doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X5 *8.04.*996-cı ildə anadan olmuşdur. İşdə olan fotoşəkillərdən görünür ki, X5 *8 aprel *996-cı ildə anadan olmuş və ** dekabr *999-cu ildə vəfat etmiş və Dünyamalılar kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan Beyləqan rayon İHB-in Dünyamalılar kənd İƏD üzrə nümayəndəsinin *9 may 2023-cü il tarixli arayışından görünür ki, ərizəçinin X* ** dekabr *999-cu ildə ölmüşdür. İşdə olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli ölüm haqqında akt qeydinin alınmasından imtina haqqında rəydən görünür ki, Ərizəçi mərhum X*nın ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi faktının müəyyən olunmasına dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmədə müəyyən edildi ki, ərizəçiyə həmin faktın təsdiqi mülkiyyətlərində olan əmlaklara dair hüquqlarını həyata keçirməkdən ötrü lazımdır. Ərizəçi qızına ölüm haqqında şahadətnamə götürmədiyindən müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Ona görə də həmin faktın müəyyən edilməsi zərurəti yaranmışdır. ərizəçi həmin sənədi başqa cür əldə edə bilmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 305.*.*, 308-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi *8 aprel *996-cı ildə anadan olmuş X*nın ** dekabr *999-cu ildə ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi *8 aprel *996-cı ildə anadan olmuş X*nın ** dekabr *999-cu ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar