Məhkəmə qərarları › İş №2(020)-1221/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1221/2024

11.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1221/2024 11.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs xx.xx.2020-ci ildə anadan olmuş İnci və xx.xx.2022-ci ildə anadan olmuş Məryəm adlı uşaqların saxlanılması üçün hər uşağa 400 (dörd yüz) manat olmaqla, iki uşağa görə 800 (səkkiz yüz manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə faktiki nikahlarından xx.xx.2020-ci ildə İnci və xx.xx.2022-ci ildə isə Məryəm adlı iki uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Hazırda uşaqları ilə birlikdə valideynlərinin evində yaşayır. Heç bir yerdə işləmir, uşağını saxlamaqda çətinlik çəkir. Maraqlı şəxs uşağı ilə maraqlanır, ona az maddi yardım göstərir. Lakin cavabdeh hərbi qulluqçu kimi ordu sıralarında xidmət edərək, 1500 manatdan yuxarı əmək haqqı almasına baxmayaraq, könüllü olaraq yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün ona yetərincə aliment ödəmir. Uşaqların normal saxlanması üçün maraqlı şəxsin ona sabit pul məbləğində aliment ödəməsi üçün mediasiya şurasına müraciət etmişdir. Mediasiya şurasında iştirak zamanı maraqlı şəxslə aralarında hər ay hər uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment ödəməsi barədə xx.xx.2024-cü il tarixli Sazişə əsasən razılığa gəlmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək,ərizədə yazılanlara uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ seriyalı 480252 nömrəli Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs ilə X3 arasında rəsmi nikah xx.xx.2022-ci il tarixdə Bərdə regional «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 256 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına «Çobanzadə» soyadı verilmişdir. AZ-İV seriyalı 716840 nömrəli və AZ-İV seriyalı 761797 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, 01 aprel 2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. X1 vasitəsi ilə Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 22 iyun 2024-cü il tarixli barışıq sazişindən görünür ki, xx.xx.2020-ci ildə doğulmuş İnci və xx.xx.2022-ci ildə doğulmuş Məryəm adlı uşaqları üçün aliment tələbini tərəflər aralarında razılaşaraq, hər uşaq üçün hər ay 400 (dörd yüz) manat, cəmi 800 (səkkiz yüz) manat məbləğində alimenti xx.xx.2024-cü il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək birinci tərəf Ərizəçi ödəyəcəyini ikinci tərəf Maraqlı şəxs öz öhdəsini götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış 22 iyun 2024-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məcburi icrası üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 22 iyun 2024-cü il tarixdə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi məcburi icrası üçün təsdiq edilsin: xx.xx.2020-ci ildə doğulmuş İnci və xx.xx.2022-ci ildə doğulmuş Məryəm adlı uşaqları üçün aliment tələbini tərəflər aralarında razılaşaraq, hər uşaq üçün hər ay 400 (dörd yüz) manat,cəmi 800 (səkkiz yüz) manat məbləğində alimenti xx.xx.2024-cü il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək birinci tərəf Ərizəçi ödəyəcəyini ikinci tərəf Maraqlı şəxs öz öhdəsini götürür. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar