Məhkəmə qərarları › İş №2(020)-123/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-123/2024

30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-123/2024 30.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi 25.08.*994-cü ildə anadan olmuş oğlu X2 05 mart 2000-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 25.08.*994-cü ildə anadan olmuş oğlu X2 05 mart 2000-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, 25.08.*994-cü ildə anadan olmuş oğlu X4 05 mart 2000-ci ildə rəhmətə getmişdir. Oğlu Beyləqan rayonunun Dünyamalılar kənd qəbiristanlıqda dəfn edilmişdir. Oğlunun ölümündən sonra səhlənkarlığından ölüm haqqında şəhadətnamə almaq üçün qeydiyyat orqanına müraciət etməmişdir. Hal-hazırda mərhumdan qalan miras əmlakın vərəsəlik üzrə sənədləşdirilməsindən və ölüm sənədinin olmaması digər problemlər yaratdığından ötrü mərhum oğlunun ölümünü təstiq edən sənədə ehtiyac vardır. Maraqlı şəxs bərpa akt qeydləri üzrə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində aşkar olunmamışdır. Oğlunun ölümünü təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş və bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. O, mülki adıma keçirmək və digər işləri görmək istəyir. Lakin oğlunun ölüm sənədi olmadığı üçün səndələşmə işləri apara bilmir. Ona görə də oğlunun ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X4 05 mart 2000-ci ildə anadan olmuşdur. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, *5.08.*994-cü ildə anadan olmuş X5 05 mart 200-ci ildə ölmüşdür. İşdə olan Beyləqan rayon İHB-in Dünyamalılar kənd İƏD üzrə üzrə nümayəndəsinin *3.**.2023-cü il tarixli *370 saylı arayışından görünür ki, X* rayonunun Dünyamalılar kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs *3 noyabr 2023-cü il tarixli ölüm haqqında akt qeydinin alınmasından imtina haqqında rəydən görünür ki, Ərizəçi mərhum oğlu X2 ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. İşdə olan Torpağa Mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Beyləqan rayonun Dünyamalılar kəndində torpaq sahələri islahata gedərkən ərizəçi və ailə üzvlərinin mülkiyyətinə Beyləqan rayon Aqrar islahat Komissiyasının 30 aprel *999-cu il tarixli 70 nömrəli qərarına əsasən JN-303, kod: 60700068 saylı dövlət aktı ilə *.63 ha payı torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında X2 da payı olması qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi faktının müəyyən olunmasına dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmədə müəyyən edildi ki, ərizəçiyə həmin faktın təsdiqi mülkiyyətlərində olan əmlaklara dair hüquqlarını həyata keçirməkdən ötrü lazımdır. Ərizəçi mərhum oğluna ölüm haqqında şahadətnamə götürmədiyindən müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Ona görə də həmin faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 305.*.*, 308-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi 25.08.*994-cü ildə anadan olmuş oğlu X2 05 mart 2000-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 25.08.*994-cü ildə anadan olmuş oğlu X2 05 mart 2000-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar