Məhkəmə qərarları › İş №2(020)-1232/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1232/2024

04.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1232/2024 04.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu *3 dekabr *988-ci il təvəllüdlü X3 *5 avqust *997-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Beyləqan rayonunda yaşayır. Oğlu *3 dekabr *988-ci ildə anadan olmuş X5 *5 avqust *997-ci ildə rəhmətə getmişdir. Beyləqan rayonunun *-ci Şahsevən kənd qəbristanlığında dəfn edilmişdir. X* *5 avqust *997-ci il tarixdə rəhmətə getməsinə baxmayaraq Qeydiyyat orqanından ölüm sənədi almamışdır. Oğlunun ölümündən sonra səhlənkarlığından ölüm haqqında şəhadətnamə almaq üçün qeydiyyat orqanına müraciət etməmişdir. Hal-hazırda ölüm sənədinin olmaması problemlər yaratdığından ötrü mərhum oğlunun ölümünü təsdiq edən sənədə ehtiyacı vardır. Sistemə vurulduqda mərhumun adı çıxır və ailə üzvü kimi yazılır. Maraqlı şəxs bərpa akt qeydləri üzrə vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində aşkar olunmamışdır. Oğlunun ölümünü təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş və bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. O, ölümü təsdiq edən sənədi almaq üçün Qeydiyyat orqanına müraciət etsə də, bildirdilər ki ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. O, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, xəstəxana da müayinə edilmədiyi üçün ölüm sənədi verilməkdən imtina edilmişdir. O, mülkü adına keçirmək və digər işlər görmək istəyir. Lakin arvadının ölüm sənədi olmadığı üçün sənədləşmə işləri apara bilmir. Ona görə də oğlunun ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, oğlu yaşadıqları Beyləqan rayonun İ Şahsevən kəndində yerləşən evdə ölmüşdür. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X*0 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçi oğlu X5 *997-ci il tarixdə elə həmin kənddə, yəni Beyləqan rayonu İ Şahsevən kəndində qızılcadan ölmüş və onu Beyləqan rayonu *-ci Şahvsevən kənd qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qunşusudur. Ərizəçinin oğlu X5 *5 avqust *997-ci il tarixdə Beyləqan rayonu İ Şahsevən kəndində ölmüşdür. Mərhumu Beyləqan rayonu *-ci Şahvsevən kənd qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qunşusudur. Ərizəçinin oğlu X5 *997-ci il tarixdə Beyləqan rayonu İ Şahsevən kəndində xəsdəlikdən ölmüşdür. Mərhumu Beyləqan rayonu *-ci Şahvsevən kənd qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərdə iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xİİİ-ЖГ seriyalı 34*3*9 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, *3.*2.*988-cı il təvəllüdlü X3 atası X2, anası isə Ərizəçidır. Beyləqan rayonu İ Şahsevən kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli Arayışdan görünür ki, X5 *5.08.*997-ci il tarixdə vəfat etmiş Birinci Şahsevən kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X*6 27 iyun 2024-cü il tarixli 50 №-li məktubundan görünür ki, Beyləqan rayon, *-ci Şahsevən kənd sakini *964-cü il təvəllüdlü Ərizəçi oğlu X5 *5.08.*997-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamə almaq üçün “Beyləqan RMX”-ya müraciət etməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli 274 nömrəli Rəydən görünür ki, Ərizəçi oğlu X3 ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Fotoşəkillərdən görünür ki, qəbir daşının üzərində “X5” və *2.*3.*988-08.*5.*997 ” qeyd edilmişdir. 0* iyul 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, X6 tərəfindən *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, *3 dekabr *988-ci il təvəllüdlü X3 *5 avqust *997-ci il tarixdə Beyləqan rayon *-ci Şahsevən kəndində ev şəraitində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. *3 dekabr *988-ci il təvəllüdlü X3 *5 avqust *997-ci il tarixdə, Beyləqan rayon *-ci Şahsevən kəndində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə *3 dekabr *988-ci il təvəllüdlü X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar