Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1251/2025 21.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İmanova (Abbasova) Elnarə Əli qızının bacısı X2 “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Beyləqan Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçibacısı X2 “ölüm faktının müəyyən edilməsi” barədə ərizəilə məhkəməyə müraciət edərək, sonuncunun ölüm faktının təsdiq edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 17*.1-ci maddəsinə əsasən iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. - 17*.3-cü maddəsinə əsasəniddia ərizəsi geri qaytarılarkən bu barədə məhkəmə qərardad çıxarır. Məhkəmənin hazırlıq iclasında Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, məhkəməyə bu barədə yazılı ərizə təqdim etmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2*11-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 259.*.1 - 259.*.1*, 259.*.12 və 259.*.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.*.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 17*-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə göstərilən qanunvericilik normaları və işin mövcud olan prosessual halına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizəçinin verdiyi ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdəona geri qaytarılmalıdır. 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından həmin ərizənin verilməsi üçün ərizəçi tərəfindən 18 iyun 2*25-ci il tarixdə, GPP 1819593*76 №-li qəbzlə Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş 1** manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Məhkəmə şərh olunanlara,Azərbaycan Respublikası MPM-in 17*, 259.*.11, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi bacısı X2 “ölüm faktının müəyyən edilməsi” barədə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ərizəçi tərəfindən 18 iyun 2*25-ci il tarixdə, GPP 1819593*76 №-li qəbzlə Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş 1**(yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №2(020)-1251/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1251/2025
21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver