Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1273/2024 23.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs və Bakı şəhəri 5 saylı “Asan Xidmət” X4 cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası 25.07.*973-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, hal-hazırda Beyləqan rayonu, Aşqalılar kəndində qeydiyyatdadır, mərhun anası X6 ilə birlikdə xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Xəzər rayonu, X*4 ünvanındakı evdə yaşamışlar. 25.07.*973-cü il təvəllüdlü mərhum anası X6 ”bədxassəli şiş” xəstəliyindən əziyyət çəkirdi və müalicə olunurdu. 25.07.*973-cü il təvəllüdlü mərhum anası X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, X*4 ünvanındakı evdə vəfat etmişdir. Həmin vaxt təcili yardım çağırmışlar, lakin təcili yardım gələnə kimi anası vəfat etmişdir. Təcili yardım əməkdaşları anasının vəfat etməsi ilə bağlı arayış vermişlər və bundan sonra anasının yaşadığı ərazi üzrə 4 saylı poliklinikaya müraciət edərək anasının ölümü barədə həkim tibbi arayışı istəmiş, lakin cavab olaraq bildirmişlər ki, polikinikaya qeydiyyata düşmədiyi üçün anasının ölümü barədə həkim tibbi şəhadətnaməsi verilə bilməz. Bundan sonra Bakı şəhəri 5 saylı Asan xidmət X4nə ölüm haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş, lakin ölüm kağızı verməkdən imtina edərək məhkəməyə müraciət etməsini bildirmişlər. 25.07.*973-cü il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, X*4 ünvanındakı evdə vəfat etmişdir və Yeni Suraxanı qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəçinin ərizəsinə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, ölüm faktının müəyyən edilməsi sənədləşdirmə işlərinin aparılması üçün lazımdır. Maraqlı şəxs və Bakı şəhəri 5 saylı “Asan Xidmət” X4 məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, Maraqlı şəxs bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Bakı şəhəri 5 saylı “Asan Xidmət” X4 məhkəməyə ərizə göndərərək, şöbədaxili işlərin çox olması səbəbindən məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndəsinin məhkəməyə gəlmələrini məcburi hesab etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatına və şahid ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qohumudur. Ərizəçi anası X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, X*4 ünvanındakı evdə vəfat etmişdir. O, bədxassəli şiş xəstəliyindən əziyyət çəkirdi. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X** ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısının həyat yoldaşıdır. Ərizəçi anası X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, X*4 ünvanındakı evdə vəfat etmişdir. O, bədxassəli şiş xəstəliyindən əziyyət çəkirdi. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində bildirmişdir ki, Ərizəçi onun ögey qızının həyat yoldaşıdır. Ərizəçi anası X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, X*4 ünvanındakı evdə vəfat etmişdir. O, bədxassəli şiş xəstəliyindən əziyyət çəkirdi. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ seriyalı 680787 №-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, *9 yanvar 2024-cü il təvəllüdlü Ərizəçi anası X3r. AA4788739 №-li X* və Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki,X6 25 iyul *973-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş və Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatdadır. Təcili və təxirəsalınmaz X*0 Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 03 fevral 2024-cü il tarixdə X2 adına çağırış olmuş və çağırış yerinə gələndə, çağırış ünvanında qadın cinsli meyit aşkar olunmuşdur. Bakı şəhəri Suraxanı rayonu X8 tərəfindən verilmiş 27 may 2024-cü il tarixli *47 №-li Arayışdan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Yeni Suraxanı qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 4 Nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 29 may 2024-cü il tarixli 230 №-li Arayışdan görünür ki, 25.07.*973-cü il təvəllüdlü X6 xx.xx.2024cü il tarixdə X*6 Tibbi Yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. Vəfat edən şəxs 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmadığı üçün TQS *06 № verilməsindən imtina edilmişdir. 5 saylı Bakı “Asan Xidmət” X4nin 3* may 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi mərhum anası X2 ölümünun qeydə alınması ilə bağlı müraciətindən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. 08 iyul 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi qızı tərəfindən *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslanası n şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, anası zəçi həmin faktları təsdiq edən lazımi sənədlanası başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlanası n bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədlanası əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, 25 iyul *973-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Xəzər rayonunda ev şəraitində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işlanası üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərclanası ödənilmiş tələblanası n məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflanası n təqdim etdiklanası sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblanası nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstanası lənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddəlanası ni rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 25 iyul *973-cü il təvəllüdlü X2 03 fevral 2024-cü il tarixdə, Bakı şəhəri, Xəzər rayonunda ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə 25 iyul *973-cü il təvəllüdlü X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1273/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1273/2024
23.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver