Məhkəmə qərarları › İş №2(020)-1307/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1307/2023

01.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1307/2023 01.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi qızı X* 05 iyun 2009-cu ildə ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək bacısı X* 05 iyun 2009-cu ildə Beyləqan rayonunun *-ci Şahsevən kəndində ölməsinin qeyd edilməsi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, qızı X* 05 iyun 2009-cu ildə dünyasını dəyişmiş və yaşadıqları Beyləqan rayonunun *-ci Şahsevən kəndində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Qızının ölümündən sonra başları dəfn mərasiminə qarışdığından və sonradan səhlənkarlıqdan müvafiq qeydiyyat orqanından qızına ölüm haqqında şəhadətnamə götürməmişlər. Bu səbəblə də qızının ölməsi barədə qeydiyyat aparılmamışdır. Qızının ölüm haqqında şəhadətnaməsi olmadığından bir sıra çətinliklərlə üzləşir. О, ölüm faktını təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün mütləq məhkəməyə müraciət etməlidir. Odur ki, qızı X* 05 iyun 2009-cu ildə Beyləqan rayonunun *-ci Şahsevən kəndində ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Маraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına heç bir üzürlü səbəb olmadan vəkalətli nümayəndəsini göndərməmişdir. Мəhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinidirlmiş X2 ifadəsində göstərdi ki, Ərizəçi onun qohumudur. Qohumu Ərizəçi qızı X3 həqiqətən 05 iyun 2009-cu ildə vəfat etmiş ve yaşadıqları Beyləqan rayonunun *-ci Şahsevən kənd qəbirstanlığında dəfn olunmuşdur. Мəhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İşdə olan Maraqlı şəxs 26 iyun 2022-ci il tarixli, 46 saylı ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina haqqında rəydən görünür ki, Ərizəçi mərhum qızı X* ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. İşdə olan Beyləqan rayon İHB-nin *-ci Şahsevən kənd İƏDİ üzrə nümayəndəsinin 07 iyun 2023-cü il tarixli arayışından görünür ki, X3 05 iyun 2009-cu ildə Beyləqan rayonunun *-ci Şahsevən kəndində dəfn edilmişdir. Beyləqan rayon İHB-nın Beyləqan rayonu *-ci Şahsevən kənd üzrə ərazi nümayəndəsinin xx.xx.2023-ci il tarixli, 6*7 saylı arayışından görünür ki, ərizəçi Alışova X4 rayonu *-ci Şahsevən kəndində qeydiyyatdadır. İş üzrə kənd sakinləri tərəfindən tərtib olunmuş aktdan görünür ki, ərizəçinin qızı 05 iyun 2009-cu il tarixdə vəfat etmişdir və *-ci Şahsevən kənd qəbristanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası МPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi faktının müəyyən olunmasına dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Halbu ki, ərizəçinin qızı 05 iyun 2009-cu ildə Beyləqan rayonunun *-ci Şahsevən kəndində ölməsi faktı ərizəçinin izahatı və mülki işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmədə müəyyən edildi ki, ərizəçiyə həmin faktın təsdiqi mülkiyyətində olan torpaq sahəsinə dair hüquqlarını həyata keçirməkdən ötrü lazımdır. Çünki torpağa mülkiyyət hüququna dair Dövlət aktında onun mərhum qızı X* adı qeyd olunduğuna görə o, torpaq sahəsi ilə bağlı müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Ona görə də həmin faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və Аzərbaycan Respublikası МPМ-nin 305.*.*, 308-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi qızı X* 05 iyun 2009-cu ildə Beyləqan rayonunun *-ci Şahsevən kəndində ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qızı X* 05 iyun 2009-cu ildə Beyləqan rayonunun *-ci Şahsevən kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar