Məhkəmə qərarları › İş №2(020)-1325/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1325/2024

04.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1325/2024 04.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu ** sentyabr *995-ci il təvəllüdlü X* *5 fevral *997-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 ilə birgə nikahlarından ** sentyabr *995-ci il tarixində X2 adlı uşaqları anadan olmuşdur. Oğlu - ** sentyabr *995-ci il təvəllüdlü X2 *5 fevral *997-ci il tarixində ev şəraitində vəfat etmişdir. Oğlu Beyləqan rayonunda yerləşən Cərciz Peyğəmbər kənd qəbristanlığında dəfn edilmişdir. Səhlənkarlıqdan oğlunun ölməsinə dair qeydiyyat orqanından ölüm sənədi alınmamışdır. Oğlunun vəfatından sonra başları dəfn mərasiminə qarışmış, sonra isə səhlənkarlığından ölüm haqqında şəhadətnamə olmaq üçün qeydiyyat orqanına müraciət etməmişdir. Ona görə də oğlunun ölməsi qeydə alınmamışdır. Hal-hazırda bəzi sənədləşmə işlərində oğlunun ölümünü təsdiq edən sənədə ehtiyacı vardır. Oğlunun ölümünü təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş və oradan ona bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. Oğlu İbrahimxəlilin ölüm sənədi olmadığı üçün sənədləşmə işləri apara bilmir. Ona görə də oğlunun ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Ölüm sənədini başqa cür əldə etmək mümkün deyildir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, oğlu qəflətən baş vermiş xəstəlikdən Beyləqan rayonunda yerləşən evlərində ölmüşdür. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X*0 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həyat yoldaşının xalası oğludur. Ərizəçinin oğlu X2 *997-ci il tarixdə Beyləqan rayonunda yaşadıqları evdə qəflətən xəstələnərək, ölmüş və onu Beyləqan rayonunda yerləşən Cərciz Peyğəmbər kənd qəbristanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X*4 ifadəsində bildirmişdir ki, Ərizəçi onun xalası oğludur. Ərizəçinin oğlu X2 *5 fevral *997-ci il tarixdə Beyləqan rayonunda yaşadıqları evdə qəflətən xəstələnərək, ölmüşdür. Mərhumu Beyləqan rayonunda yerləşən Cərciz Peyğəmbər kənd qəbristanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun xalası oğludur. Ərizəçinin oğlu X2 *5 fevral *997-ci il tarixdə Beyləqan rayonunda yaşadıqları evdə qəflətən xəstələnərək, ölmüşdür. Mərhumu Beyləqan rayonunda yerləşən Cərciz Peyğəmbər kənd qəbristanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: XİX-ЖГ seriyalı 353089 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, **.09.*995-cı il təvəllüdlü X* atası Ərizəçi, anası isə X6r. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X*2 25 iyul 2024-cü il tarixli 62 №-li məktubundan görünür ki, Beyləqan rayon sakini *969-cu il təvəllüdlü Ərizəçi oğlu X2 *5.02.*997-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamə almaq üçün “Beyləqan Rayon Mərkəzi Xəstəxanasına” müraciət etməmişdir. Maraqlı şəxsndən verilmiş 24 iyul 2024-cü il tarixli 3*4 nömrəli Rəydən görünür ki, Ərizəçi mərhum oğlu X* ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Fotoşəkillərdən görünür ki, qəbir daşının üzərində “X4” və *995- *997” qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, ** sentyabr *995-ci il təvəllüdlü X* *5 fevral *997-ci il tarixdə ölməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. ** sentyabr *995-ci il təvəllüdlü X* *5 fevral *997-ci il tarixdə, Beyləqan rayonunda ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ** sentyabr *995-ci il təvəllüdlü X* adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar