Məhkəmə qərarları › İş №2(020)-1363/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1363/2024

07.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1363/2024 07.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “şəxsin vəfat faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə) “şəxsin vəfat faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X6 05 sentyabr *998-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X** 09.09.*993-cü ildə anadan olmuş, 05.09.*998-ci il tarixdə rəhmətə getmişdir. Qardaşı Kəbirli kənd qəbiristanlığında dəfn edilmişdir. Səhlənkarlıqdan və yas yerinə baş qarışdığı üçün valideynləri qardaşı X6 05 sentyabr *998-ci il tarixdə rəhmətə getməsinə dair qeydiyyat orqanından ölüm sənədi alınmamışdır. Hal-hazırda mərhumdan qalan miras əmlakın vərəsəlik üzrə sənədləşdirilməsindən və ölüm sənədinin olmaması digər problemlər yaratdığından ötrü mərhumun ölümünü təsdiq edən sənədə ehtiyac vardır. Maraqlı şəxs bərpa akt qeydləri üzrə vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində aşkar olunmamışdır. Onun ölümünü təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş və bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. Beyləqan rayonn Mərkəzi Xəstəxanasına da müraciət edərək, tibbi şəhadətnamə almaq istədikdə xəstəxanaya müraciət edilməməsi əsas gətirilərək imtina məktubu verilmişdir. O, miras əmlakı qəbul etmək və digər işləri görmək istəyir. Ona görə də qardaşının ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, o, Ərizəçi onun qaynının oğludur.Ərizəçinin qardaşı X** 5 yaşında, yəni 05 sentyabr *998-ci il tarixdə bilmədikləri xəstəlikdən vəfat etmişdir. Mərhumu Kəbirli kənd qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində bildirmişdir ki, Ərizəçi onun əmisi nəvəsidir. Ərizəçinin qardaşı X** 05 sentyabr *998-ci il tarixdə Beyləqan rayonunda yaşadıqları evdə ölmüşdür. Mərhumu Kəbirli kənd qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur. Ərizəçinin qardaşı X** 05 sentyabr *998-ci il tarixdə Beyləqan rayonunda yaşadıqları evdə ölmüşdür. Mərhumu Kəbirli kənd qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan: Maraqlı şəxs tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli Arayışdan görünür ki, 09 sentyabr *993-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş X6 atası X8, anası isə X*r. Maraqlı şəxs tərəfindən verilmiş 0* iyul 2024-cü il tarixli Arayışdan görünür ki, xx.xx.*995-ci il təvəllüdlü Ərizəçi atası X8, anası isə X*r. Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 0* iyul 2024-cü il tarixli *36 nömrəli Arayışdan görünür ki, Beyləqan rayonunun Yuxarı Kəbirli kənd sakini X** 05.09.*998-ci ildə vəfat etmişdir. Onu Ağcabədi rayonu Kəbirli kənd qəbristanlığında dəfn etmişlər. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X*2 0* iyul 2024-cü il tarixli 52 №-li məktubundan görünür ki, mərhumun yaxın qohumları ölüm haqqında tibbi şəhadətnamə almaq üçün xəstəxanaya müraciət etməmişlər. Maraqlı şəxsndən verilmiş 25 iyun 2024-cü il tarixli Rəydən görünür ki, X6 ölüm haqqında akt qeydinin aparılmasından imtina edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, 09 sentyabr *993-cü il təvəllüdlü X6 05.09.*998-ci il tarixdə, Beyləqan rayonunda vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 09 sentyabr *993-cü il təvəllüdlü X6 05 sentyabr *998-ci il tarixdə, Beyləqan rayonunda ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə 09 sentyabr *993-cü il təvəllüdlü X6 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar