Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1367/2023 05.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi- Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs rəisi X4 iştirakı ilə, Ərizəçi X*nun 05 dekabr *997-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X*nun 05 dekabr *997-ci ildə ölməsi faktının qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, Beyləqan rayonu Milabad qəsəbəsində yaşayır. X* 05 dekabr *997-ci ildə ölmüşdür. Qardaşı “Cərciz Peyğəmbər” Ziyarətgahındakı qəbiristanlıqda dəfn edilmişdir. Qardaşının ölümündən sonra başları dəfn mərasiminə qarışdığından və sonradan səhlənkarlıqdan müvafiq qeydiyyat orqanından ölüm haqqında şəhadətnamə götürməmişlər. Bu səbəblə də qardaşının ölməsi barədə qeydiyyat aparılmamışdır. Qardaşının ölüm haqqında şəhadətnaməsi olmadığından bir sıra sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Qardaşının ölüm faktını təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün mütləq məhkəməyə müraciət etməlidir. Odur ki, X*nun 05 dekabr *997-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs rəisi Malik Mahmudov ərizənin təmin edilməsinə etiraz etmədi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmaasını xahiş etdi. Məhkəmə iclasında ifadə verən şahid X3 Ərizəçi X*nun həqiqətən də 05 dekabr *997-ci ildə ölməsini təsdiq etdi. O, həmçinin Niyazinin dəfn mərasimində iştirak etməsini də bildirdi. Məhkəmə ərizəçinin və maraqlı tərəfin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 02.03.*970-ci ildə anadan olmuşdur. İşdə olan fotoşəkillərdən görünür ki, *969-cu ildə anadan olan X6 *997-ci ildə ölmüşdür. İşdə olan Maraqlı şəxs *3 iyun 2023-cü il tarixli ölüm haqqında akt qeydinin alınmasından imtina haqqında rəydən görünür ki, Ərizəçi oğlu mərhum X*nun ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. İşə əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti "xxxx" MMC-nin *3 iyun 2023-cü il tarixli 05 saylı arayışından görünür ki, “Cərciz Peyğəmbər” Ziyarətgahı qəbristanlığında X5 (*969-*997) yazılmış baş daşı mövcuddur. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi faktının müəyyən olunmasına dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmədə müəyyən edildi ki, ərizəçiyə həmin faktın təsdiqi mülkiyyətlərində olan torpağa dair hüquqlarını həyata keçirməkdən ötrü lazımdır. Ərizəçi qardaşına ölüm şahadətnaməsi götürmədiyindən müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Ona görə də həmin faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 305.*.*, 308-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi 02 mart *970-ci ildə anadan olan X*nun 05 dekabr *997-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 02 mart *970-ci ildə anadan olan X*nun 05 dekabr *997-ci ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1367/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1367/2023
05.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver