Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1368/2023 06.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi, Маraqlı tərəf Maraqlı şəxs rəisi X2 iştirakı ilə, Ərizəçi X*nun 05 dekabr *997-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X*nun 24.05.200*-ci ildə ölməsi faktının qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yaşayır. X* 22.07.*980-ci ildə anadan olmuş, 24.05.200*-ci ildə isə ölmüşdür. Qardaşını yaşadıqları Beyləqan rayonu Yeni Mil qəsəbəsində yerləşən kənd qəbiristanlığında dəfn etmişlər. Qardaşının cavan yaşda ölümü onları çox sarsıtdığından onun ölümünə dair müvafiq Qeydiyyat orqanından ölüm sənədi alınmamışlar. Bu səbəblə də qardaşının ölməsi barədə qeydiyyat aparılmamışdır. Oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından bir sıra sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Qardaşının ölüm faktını təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün mütləq məhkəməyə müraciət etməlidir. Odur ki, X*nun 24.05.200*-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Маraqlı tərəf Maraqlı şəxs rəisi Malik Mahmudov ərizənin təmin edilməsinə etiraz etmədi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmaasını xahiş etdi. Мəhkəmə ərizəçinin və maraqlı tərəfin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 22.07.*980-ci ildə anadan olmuşdur. İşdə olan fotoşəkillərdən görünür ki, *980-ci ildə anadan olan X4 200*-ci ildə ölmüşdür. İşdə olan Maraqlı şəxs 04 iyul 2023-cü il tarixli ölüm haqqında akt qeydinin alınmasından imtina haqqında rəydən görünür ki, Ərizəçi oğlu mərhum X*nun ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. İşə əlavə edilmiş Beyləqan rayon İHB-in Yeni Mil qəsəbə İƏD üzrə nümayəndəlyiinin 04 iyul 2023-cü il tarixli 33* saylı arayışından görünür ki, Ərizəçi 22.07.*980 ci il təvəllüdlü X* 24.05.200* -ci il tarixdə vəfat etmiş və Beyləqan rayon Yeni Mil qəsəbə qəbristanlığında dəfn olunmuşdur. İşə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, həin dövlət aktında ailə üzvü kimi ərizəçinin mərhum qardaşı da qeyd edilmişdir. Azərbaycan Respublikası МPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi faktının müəyyən olunmasına dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmədə müəyyən edildi ki, ərizəçiyə həmin faktın təsdiqi mülkiyyətlərində olan torpağa dair hüquqlarını həyata keçirməkdən ötrü lazımdır. Ərizəçi qardaşına ölüm şahadətnaməsi götürmədiyindən müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Ona görə də həmin faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və Аzərbaycan Respublikası МPМ-nin 305.*.*, 308-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi 22 iyul *980-ci ildə anadan olan X*nun 24.05.200*-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 22 iyul *980-ci ildə anadan olan X*nun 24.05.200*-ci ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1368/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1368/2023
06.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver