Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-137/2023 18.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı vəkalətli nümayəndəsi X1, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və topraq sahəsində aparılmış tikinti işlərinin sökülməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayonu Əhmədli kəndində yerləşən istifadəsində olan torpaq sahəsini qanunsuz zəbt etmiş Cavabdeh həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması və orada aparılmış tikinti işlərinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkalətli nümayəndəsi X2 məhkəməyə ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək hazırda iddiaya baxılmasını istəmədiyini bildirdi və mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. İddiaçıya adı çəkilən məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və topraq sahəsində aparılmış tikinti işlərinin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul özünə qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-137/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-137/2023
18.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver