Məhkəmə qərarları › İş №2(020)-1553/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1553/2023

28.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1553/2023 28.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfəli İzzət oğlu Seyfullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi – Ərizəçi iştirakı ilə, Ərizəçi qızı – X* *8 dekabr 200*-ci il tarixdə Beyləqan rayonu, Mil qəsəbəsində ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizəylə məhkəməyə müraciət edərək qızı – X* *8 dekabr 200*-ci il tarixdə Beyləqan rayonu, Mil qəsəbəsində ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, mərhum qızı X2 07 avqust *989-cu ildə anadan olmuşdur, *8 dekabr 200*-ci ildə ölmüş ve yaşadıqları Beyləqan rayonunun, Mil qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Qızının ölümü onları sarsıltdığından qızının ölümünü müvafiq qeydiyyat orqanında qeyd etdirməmişlər və ona ölüm haqqında şəhadətnamə götürməmişlər. Bu səbəblə də qızının ölməsi barədə hər hansı bir qeydiyyat aparılmamışdır. Hazırda əmlakları ilə bağlı bəzi sənədləşmə işləri aparmaq istəyir, lakin qızının ölüm haqqında şəhadətnaməsi olmadığından bir sıra çətinliklərlə üzləşir. O, ölüm faktını təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün mütləq məhkəməyə müraciət etməlidir. Odur ki, qızı – X* *8 dekabr 200*-ci il tarixdə Beyləqan rayonuq Mil qəsəbəsində ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına heç bir üzürlü səbəb olmadan vəkalətli nümayəndəsini göndərməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İşdə olan Maraqlı şəxs 28 iyun 2023-cü il tarixli, 64 saylı ölüm haqqında akt qeydinin alınmasından imtina haqqında rəydən görünür ki, Ərizəçi mərhum qızı – X* ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. İşdə olan Beyləqan rayonun İHB-nin *-ci Şahsevən İƏDİ üzrə nümayəndəsinin 28 iyul 2023-cü il tarixli 726 saylı arayışından görünür ki, Ərizəçi mərhum qızı – X2 *8.*2.200*-ci ildə Beyləqan rayonun, *-ci Şahsevən kəndində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X2 07 avqust *989-cu ildə anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi faktının müəyyən olunmasına dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Halbu ki, ərizəçinin qızı X* *8 dekabr 200*-ci ildə ölməsi faktı ərizəçinin izahatı və mülki işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmədə müəyyən edildi ki, ərizəçiyə həmin faktın təsdiqi mülkiyyətlərində olan əmlaklara dair hüquqlarını həyata keçirməkdən ötrü lazımdır. Ərizəçi qızının ölüm şahadətnaməsi götürmədiyindən müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Ona görə də həmin faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 305.*.*, 308-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi qızının *8 dekabr 200*-ci ildə ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qızı – X* *8 dekabr 200*-ci il tarixdə ölməsinin qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar