Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1747/2025 02.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı 22 avqust 196*-cı il təvəllüdlü X3 *4 yanvar 2*14-cü il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun arvadı, 22.*8.196*-cı ildə anadan olmuş X7 *4 yanvar 2*14-cü ildə rəhmətə getmişdir. Beyləqan rayonunun 1-ci Şahsevən kənd qəbiristanlığında dəfn edilmişdir. Səhlənkarlıqdan arvadı 22.*8.196*-cı ildə anadan olmuş X3 *4 yanvar 2*14-cü ildə rəhmətə getməsinə baxmayaraq Qeydiyyat orqanından ölüm sənədi alınmamışdır. Arvadının ölümündən sonra səhlənkarlığından ölüm haqqında şəhadətnamə almaq üçün qeydiyyat orqanına müraciət etməmişdir. Hal-hazırda ölüm sənədinin olmaması problemlər yaratdığından ötrü mərhum arvadının ölümünü təsliq edən sənədə ehtiyac vardır. Sistemdə vurulduqda mərhumun adı çıxır və ailə üzvü kimi yazılır. Ona görə də torpaq və digər əmlakların alqı satqısını apara bilmir. Maraqlı şəxs bərpa akt qeydləri üzrə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində aşkar olunmamışdır. Arvadının ölümünü təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş və orda ona bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. O, ölümü təsdiq edən sənədi almaq üçün Qeydiyyat orqanına müraciət etsə də, bildirdilər ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. O, Beyləqan rayon Mərkəzi xəstəxaanasına müraciət etsədə xəstəxanada müayinə edilmədiyi üçün ölüm sənədi verilməkdən imtina edilmişdir. O, mülki adına keçirmək və digər işləri görmək istəyir. Lakin aravadının ölüm sənədi olmadığı üçün səndələşmə işləri apara bilmir. Ona görə də oğlunun ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona arvadının ölüm haqqında şəhadətnamə almaq vərəsəlik açdırmaq üçün lazımdır. Beyləqan rayon Qeydiyyat idarəsindən şəhadətnamə istəyərkən ona bildirdilər ki, onlarda və Ədliyyə Nazirliyinin arxiv idarəsində ölüm sənədinin kötüyü yoxdur və ona rədd məktubu verilmişdir. Ölüm sənədini başqa cür əldə etmək mümkün deyildir. Arvadı 22.*8.196*-cı ildə anadan olmuş X3 Beyləqan r-nu 1-ci Şahsevən kəndində *4 yanvar 2*14-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, yoldaşı xəstəlikdən Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yaşadıqları evlərində ölmüşdür. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçinin həyat yoldaşı X7 *4 yanvar 2*14-cü il tarixdə Beyləqan rayonun, 1-ci Şahsevən kəndində yaşadıqları evdə ölmüşdür və onu Beyləqan rayonun 1-ci Şahsevən kənd qəbristanlığında dəfn etmişlər. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə X8 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qohumudur. Həyat yoldaşı X7 xərçəng xəstəlik səbəbindən *4 yanvar 2*14-cü il tarixdə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yaşadıqları evlərində ölmüşdür. Mərhumu Beyləqan rayonun 1-ci Şahsevən kəndində qəbristanlığında dəfn etmişlər. O, yas mərasimində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İİİ- ЖГ seriyalı 38154* №-li Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 arasında nikah 1* oktyabr 1984-cü il tarixdə Azərbaycan SSR Jdanov rayonu, 1-ci Şahsevən kənd sovetliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 6* № ilə qeyd edilmişdir. AZE seriyalı *85*885 №-li Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 22.*8.196*-cı il tarixdə Beyləqan rayonu Şahsevən kəndində anadan olmuşdur. Beyləqan rayon İcra Hakimyyəti Başçısının 1-ci Şahsevən kənd inzibati ərazi dairəsi üzə Nümayəndəsi tərəfindən verilmiş 29.*8.2*25-ci il tarixli 6* №-li Arayışdan görünür ki, Ərizəçi həyat yoldaşı X7 14.*1.2*14-cü il tarixdə vəfat etmiş və 1-ci Şahsevən kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X11 *1.*9.2*25-ci il tarixli 96 №-li məktubundan görünür ki, Beyləqan rayonu, 1-ci Şahsevən kənd sakini xx.xx.196*-cı il təvəllüdlü Ərizəçi 22.*8.196*-cı ildə anadan olmuş və vəfat etmiş həyat yoldaşı X3 “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X11də ölümü ilə bağlı heç bir qeydiyyatı olmamışdır. Ona görə də X4 ölüm haqqında tibbi şəhadətnamə verilməsi barədə ailə üzvləri xəstəxanaya müraciət etsələrdə ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir Maraqlı şəxsndən verilmiş 28.*8.2*25-ci il tarixli Rəydən görünür ki, Ərizəçi mərhum arvadı X2 ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Fotoşəkillərdən görünür ki, qəbir daşının üzərində “X6 və 22.*8.196*-*4.*1.2*14” qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, 22 avqust 196*-cı il təvəllüdlü X3 *4 yanvar 2*14-cü il tarixdə ölməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 22 avqust 196*-cı il təvəllüdlü X3 *4 yanvar 2*14-cü il tarixdə, Beyləqan rayonunun 1-ci Şahsevən kəndində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə 22 avqust 196*-cı il təvəllüdlü X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1747/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1747/2025
02.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver