Məhkəmə qərarları › İş №2(020)-181/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-181/2025

21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-181/2025 21.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi, Maraqlı tərəf- Maraqlı şəxs rəisi X5 iştirakı ilə, Ərizəçi 26.0*.*986-cı il təvəllüdlü oğlu X2 25.*0.*986-cı il tarixdə Beyləqan şəhərində ölməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 26.0*.*986-cı il təvəllüdlü oğlu X2 25.*0.*986-cı il tarixdə Beyləqan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, X* ilə ailə quraraq, nikahlarını 30.05.*985-ci il tarixdə Jdanov (indiki Beyləqan) rayon WAQ şöbəsində 56 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 26.0*.*986-cı ildə Elgün adlı uşaqları anadan olmuşdur. Oğlu anadan olan gündən xəstə və zəif doğulduğundan 9 aylığında yəni 25.*0 *986-cı ildə uzun sürən xəstəlikdən ölmüşdür. Uşaq Beyləqan rayonu, Şəfəq qəsəbəsində yerləşən Cərciz Peyğəmbər ziyarətgahında yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Oğlu Elgünün 26.0*.*986-cı il tarixdə doğulmasına dair doğum haqqında sənədi vardır. Lakin uşaq kiçik yaşında vəfat etdiyindən çox stres keçirmiş, həmçinin başları dəfnə qarışdığından və səhlənkarlıqdan ona ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət edə bilməmişdir. Mərhum oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığı üçün bir sıra sənədləşmələrdə çətinlik çəkir. Hazırda fərdi yaşayış evini satmaq istəyir. Lakin mərhum oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından sənədləşmə işlərində bir sıra çətinliklərlə üzləşir. O, mərhum oğlunun ölümünün qeyd edilməsi faktını təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Oğlunun ölüm sənədini başqa cür əldə etmək mümkün deyildir. Ona görə 26.0*.*986-cı il təvəllüdlü oğlu X2 25.*0.*986-cı il tarixdə Beyləqan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs rəisi Malik Mahmudov izahatında göstərdi ki, Ərizəçi mərhum övladı X2 ölüm haqqında akt qeydinin qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, ərizəçinin mərhum övladı X2 ölümü haqqında qeydiyyat şöbəsində heç bir sənəd olmadğınıdan, ölüm haqqında akt qeydinin aparılmasından imtina edilmişdir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi əmiəsi qızı olmaqla onunla qonşuluqda yaşayır. Rənanın 26.0*.*986-cı il Elgün adlı uşağı olmuşdur. Həmin uşaq xəstə olmuş və xəstəlikdən 25.*0.*986-cı il tarixdə ölmüşdür. Ərizəçi Rənanın oğlu Elgün Beyləqan rayonunda yerləşən Cərciz Peyğəmbər ziyarətgahında yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qasımova Şükufə Babaş qızı ifadəsində Ərizəçi ilə qonşuluqda yşaşayır. Rənanın 26.0*.*986-cı ildə anadan olan oğlu Elgün xəstə olmuş və 9 aylığında 25 oktyabr *986-cı ildə ölmüşdür. Məhkəmə ərizəçi və maraqlı tərəfin izahatlarını, şahid ifadələrini dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X6 26.0*.*896-cı ildə anadan olmuşdur. İşdə olan TƏBİB X*3 “Beyləqan Mərkəzi Rayon Xəstəxanası” X*2 97 saylı, 07 noybr 2024-cü il tarixli tibbi arayışdan görünür ki, Beyləqan rayon sakini *96*-ci il təvəllüdlü X4 oğlu X6 26.0*.*986-ci il tarixdə anadan olmuş və 25.*0.*986-cı il tarixdə vəfat etmişdir. Vətəndaşın ailə üzvləri ölüm haqqında tibbi şəhadətnamə almaq üçün “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə müraciət etməmişlər. İşdə olan Beyləqan rayon İHB-in "xxxx" MMC-nin *4 oktyabr 2024-cü il tarixli 08 saylı arayışından görünür ki, Beyləqan rayon Cərciz Peyğəmbər ziyarətgahı qəbristanlığında X6 (26.0*.*986-25.*0.*986) yazılmış dəmir lövhədən hazırlanmış baş daşı mövcuddur. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, 26.0*.*986 -cı ildə anadan olan X2 ölüm tarixi 25.*0.*986-cı ildir. İşdə olan Maraqlı şəxs 04.*0.2024-cü il tarixli rəyindən görünür ki, Ərizəçi mərhum oğlu X2 ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi faktının müəyyən olunmasına dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmədə müəyyən edildi ki, ərizəçiyə həmin faktın təsdiqi mülkiyyətlərində olan əmlaklara dair hüquqlarını həyata keçirməkdən ötrü lazımdır. Ərizəçi oğluna ölüm haqqında şahadətnamə götürmədiyindən müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Ona görə də həmin faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 305.*.*, 307-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi 26.0*.*986-cı ildə anadan olmuş oğlu X2 25.*0.*986-cı il tarixdə Beyləqan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-309, 2*6- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 26.0*.*986-cı ildə anadan olmuş oğlu X2 25.*0.*986-cı il tarixdə Beyləqan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar