Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1884/2023 25.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması və yararsız hala düşmüş əşyaların dəyərinin alınması tələbinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdehnlan cehiz əşyalarının çıxarılması və yararsız hala düşmüş əşyaların dəyərinin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş baxılması üçün 25 oktyabr 2023-cü il tarixə təyin edilmiş və tərəflərə bu barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Cavabdeh məhkəmədə izahat verərək Abşeron rayonunda qeydiyyatda olduğu üçün işin Abşeron rayon məhkəməsinə göndərilməsini xahiş etdi. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, mülki işin baxılması Abşeron rayon məhkəməsinə aiddir. Məhkəmə işi qəbul etmiş, lakin məhkəmə araşdırmaları zamanı cavabdehin Abşeron rayonu Mehdiabad qəs.A.Ağamalıyev küç. ev 27-də qeydiyyatda olduğu müəyyən edilmişdir. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Şükürov X1 rayonunda qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatını dinləyib və işdəki sənədləri nəzərdən keçirib hesab edir ki, mülki işin baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilməsi qanunun tələbləri baxımından əsaslıdır. İddiaçı Cavabdeh mülki işin Abşeron rayon məhkəməsinə göndərilməsinə etirazı olmadığını bildirdi. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 44.2.2-ci maddəsinə görə isə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə həmin məcəllənin 44.2-ci maddəsinə görə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu məcəllənin 21-ci fəslinin qaydalarına uyğün olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardaddın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər, Həmin Məcəllənin 45.3-cü maddəsinə görə isə «işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin məcəllənin 45.4-cü maddəsinə görə isə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Belə olan halda İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması və yararsız hala düşmüş əşyaların dəyərinin alınması tələbinə dair mülki iş aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 44-45 və 263- 264,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması və yararsız hala düşmüş əşyaların dəyərinin alınması tələbinə dair mülki iş aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1884/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1884/2023
25.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver