Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1943/2023 24.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunın katibliyi, Ərizəçi- Ərizəçi vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi oğlu- X* 2*.08.2022-ci il tarixdə Beyləqan rayonunun Dünyamalılar kəndində ölməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 2*.05.*97*-ci il təvəllüdlü oğlu X* 2*.08.2022-ci il tarixdə Beyləqan rayonunun Dünyamalılar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi vəkalətli nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, 2*.05.*97*-ci il təvəllüdlü qardaşı X2 2*.08.2022-ci ildə yaşadıqları Beyləqan rayonunun Dünyamalılar kəndində qəfildən ölmüşdür. Mərhum qardaşının vəfatından sonra başları dəfn mərasimlərinə qarışdığından və sonra da səhlənkarlıqdan ona ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət edə bilməmişlər. atası Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün bir sıra sənədləşmələrdə çətinlik çəkir. Belə ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30.04.*99-cu il tarixli, 70 saylı qərarına əsasən ailə üzvlərimizə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 4.97 ha pay torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktı verilərkən mərhum qardaşının adı da həmin dövlət aktına salınmışdır. Hazırda atası sosial müavinət almaq üçün həmin torpaq sahəsini sənədləşdirmək istəyir. Lakin qardaşının ölüm haqqında şəhadətnaməsi olmadığından bir sıra çətinliklərlə üzləşir. Atası mərhum qardaşının ölümünün qeyd edilməsi faktını təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, 2*.05.*97*-ci il təvəllüdlü X* 2*.08.2022-ci il tarixdə Beyləqan rayonunun Dünyamalılar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X2 2* may *97*-ci ildə anadan olmuşdur. İşdə olan Maraqlı şəxs *5 sentyabr 2023-cü il tarixli ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina haqqında rəydən görünür ki, Ərizəçi mərhum oğlu X* ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. İşdə olan Beyləqan rayon İHB-in Dünyamalılar kənd İƏD üzrə nümayəndəsinin 23 noyabr 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi mərhum oğlu X2 2* avqust 2022-ci il tarixdə ölmüş və Dünyamalılar kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan qəbirdaşı fotoşəkilindən görünür ki, *97*-ci ildə anadan olmuş X2 2* avqust 2022-ci ildə olmüşdür. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi faktının müəyyən olunmasına dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmədə müəyyən edildi ki, ərizəçiyə həmin faktın təsdiqi mülkiyyətlərində olan əmlaklara dair hüquqlarını həyata keçirməkdən ötrü lazımdır. Ərizəçi oğluna ölüm şahadətnaməsi götürmədiyindən müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Ona görə də həmin faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 305.*.*, 308-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi 2*.05.*97*-ci ildə anadan olan oğlu X* 2*.08.2022-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 2*.05.*97*-ci ildə anadan olan oğlu X* 2*.08.2022-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1943/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1943/2023
24.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver