Məhkəmə qərarları › İş №2(020)-2005/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2005/2025

14.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2005/2025 14.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladları *3 dekabr 1986-cı il təvəllüdlü X4 14 iyun 1987-ci il tarixdə və 15 yanvar 1989-cu il təvəllüdlü X5 isə *4 mat 1992-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum övladları Əyyamın *3 dekabr 1986-cı il tarixdə, Elvinin isə 15 yanvar 1989-cu il tarixdə Beyləqan rayonu, Eyvazalılar kəndində doğulmalarına dair doğum haqqında şəhadətnamələri vardır. Lakin, uşaqlar kiçik yaşlarında vəfat etdiyindən ana kimi o çox stres keçirmişdir. Həmçinin ərinin və ailə üzvlərinin başı dəfn mərasimlərinə və gələn-gedən qohumlara qarışdığından və sonra da səhlənkarlıqdan onlara ölüm haqqında şəhadətnamə almaq üçün rayon Xəstəxanasına və Maraqlı şəxsnə müraciət edə bilməmişdirlər. X7 17 aprel 2*25-ci il tarixdə dünyasını dəyişmişdir. Mərhum ərinin birinci dərəcəli vərəsəsi olduğumdan ərindən qalan miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq istəyərkən ona mərhum uşaqlarının ölüm haqqında şəhadətnamələri olmadığı üçün bir sıra sənədləşmələrdə çətinliklər çəkir. O, mərhum uşaqlarının ölüm haqqında şəhadətnamələrini təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona bildirdilər ki, ölüm faktının müəyyən edilməsi üçün mütləq məhkəməyə müraciət edilməlidir. Odur ki, məhkəmədən xahiş edərək mərhum övladları Əyyamın *3 dekabr 1986-cı il tarixdə, Elvinin isə 15 yanvar 1989-cu il tarixdə yaşadığı Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, övladları *3 dekabr 1986-cı il təvəllüdlü X11 14 iyun 1987-ci il tarixdə və 15 yanvar 1989cu il təvəllüdlü X12 isə *4 mat 1992-ci il tarixdə uzun çəkən xəstəlikdən sonra Beyləqan rayonunun 2-ci Aşıqlı kəndində yaşadıqları evlərində ölmüşdür. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9, X13 və X3 Ərizəçi *3 dekabr 1986-cı il təvəllüdlü X11 və 15 yanvar 1989-cu il təvəllüdlü X12 adlı uşaqlarının Beyləqan rayonunun 2-ci Aşıqlı kəndində doğulduqlarını, xəstə olduqlarına görə qeyd olunan tarixlərdə ev şəraitində vəfat etdiklərini və Beyləqan rayonunda “Peyğəmbər” adlandırılan qəbiristanlıqda dəfn edildiklərini təsdiq etmişlər. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamədən görünür ki, X11 *3 dekabr 1986-cı il tarixdə Beyləqan rayonunun, 2-ci Aşıqlı kəndində doğulmuş, atası X15 , anası isə Ərizəçidır. Doğum haqqında şəhadətnamədən görünür ki, X12 15 yanvar 1989-cu il tarixdə Beyləqan rayonunun, 2-ci Aşıqlı kəndində doğulmuş, atası X15 , anası isə Ərizəçidır. Maraqlı şəxs tərəfindən verilmiş 29 oktyabr 2*25-ci il tarixli, 175 saylı arayışdan görünür ki, *3 dekabr 1986-cı il təvəllüdlü X11 və 15 yanvar 1989-cu il təvəllüdlü X1 Əyyub Teyyub oğlunun qardaşları olmuş, Ə.T.Paşayev 14 iyun 1987-ci il tarixdə, E.T.Paşayev isə *4 mart 1992-ci il tarixdə vəfat etmiş, Beyləqan rayonunun Şəfəq qəsəbəsi qəbiristanlığında dəfn edilmişlər. Lakin həmin uşaqlar nümayəndəliyin təsərrüfatbaşına kitabında qeydiyyatda olmamalarına baxmayaraq, onların adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X21 29 oktyabr 2*25-ci il tarixli 126 №-li məktubundan görünür ki, Beyləqan rayonu, 2-ci Aşıqlı kənd sakini 1985-ci il təvəllüdlü X6 qardaşları *3 dekabr 1992-ci il tarixdə anadan olmuş X11 və 15 yanvar 1989-cu il tarixdə anadan olmuş X5 ailəsi “Beyləqan Rayonu Mərkəzi Xəstəxanası’ publik hüquqi şəxsə ölüm haqda tibbi şəhadətnamə almaq üçün vaxtında müraciət etmədiklərinə görə ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Məhkəməyə müraciət edilməsi tövsif edilmişdir. Maraqlı şəxsndən verilmiş 29 oktyabr 2*25-cü il tarixli 399 nömrəli Rəydən görünür ki, X6 qardaşları X4 və X5 ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 3*7.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə hesab edir ki, *3 dekabr 1986-cı il təvəllüdlü X4 14 iyun 1987-ci il tarixdə və 15 yanvar 1989-cu il təvəllüdlü X5 isə *4 aprel 1992-ci il tarixdə ölməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 216-22*, 233, 358, 36* və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. *3 dekabr 1986-cı il təvəllüdlü X4 14 iyun 1987-cı il tarixdə, Beyləqan rayonunun 2-ci Aşıqlı kəndində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. 15 yanvar 1989-cu il təvəllüdlü X5 *4 mart 1992-ci il tarixdə, Beyləqan rayonunun 2-ci Aşıqlı kəndində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə *3 dekabr 1986-cı il təvəllüdlü X4 və 15 yanvar 1989-cu il təvəllüdlü X5 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən isdifadə etməklə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar