Məhkəmə qərarları › İş №2(020)-2055/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2055/2025

03.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2055/2025 03.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Kamilzadə Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı *4 avqust 1978-ci il təvəllüdlü X2 17 noyabr 1979-cu il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum əri X9 ilə birgə nikahdan dörd uşaqları anadan olmuş və uşaqlarından ikisi rəhmətə getmişdir. Qızı Samilə *4.*8.1978-ci ildə anadan olmuş, lakin xx.xx.1979-cu ildə rəhmətə getmişdir. Qızını Beyləqan rayonunun Dünyamalılar kəndində qəbiristanlıqda dəfn etmişdilər. Səhlənkarlıqdan qızının rəhmətə getməsinə dair Qeydiyyat orqanından ölüm sənədi alınmamışdır. Qızının vəfatından sonra başları dəfn mərasiminə qarışmış, sonra isə səhlənkarlığından ölüm haqqında şəhadətnamə almaq üçün qeydiyyat orqanına müraciət etməmişdir. Ona görə də qızının ölməsi qeydə alınmamışdır. Hal-hazırda ərinin adına olan traktoru satmaq istəyir. Sənədləşmə işlərində problemlə üzləşmiş, belə ki, ondan qızının ölməsinə dair şəhadətnamə tələb edirlər. Lakin qızının ölməsini qeydə aldırmadıqlarından həmin sənədləmə işləri alınmamışdır. Qızının ölümünü təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş və oradan ona bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. Qızının ölüm sənədi olmadığı üçün sənədləşmə işləri apara bilmir. Ona görə də qızının ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, qızı xəstəlikdən Beyləqan rayonunun Dünyamalılar kəndində yaşadıqları evlərində ölmüşdür. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Ərizəçinin X1 17 noyabr 1979-cu il tarixdə Beyləqan rayonun, Dünyamalılar kəndində yaşadıqları evdə ölmüşdür və onu Beyləqan rayonun Dünyamalılar kənd qəbristanlığında dəfn etmişlər. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə X8 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qohumudur. X1 xəstəlik səbəbindən 17 noyabr 1979-cu il tarixdə Beyləqan rayonunun Dünyamalılar kəndində yaşadıqları evlərində ölmüşdür. Mərhumu Beyləqan rayonun Dünyamalılar kəndində qəbristanlığında dəfn etmişlər. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə X7 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qohumudur. X1 17 noyabr 1979-cu il tarixdə Beyləqan rayonunun Dünyamalılar kəndində yaşadıqları evlərində ölmüşdür. Mərhumu Beyləqan rayonun Dünyamalılar kəndində qəbristanlığında dəfn etmişlər. O, yas mərasimində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən verilmiş *5.11.2*25-ci il tarixli Arayışdan görünür ki, *4 avqust 1978-ci il təvəllüdlü X2 atası X9, anası isə Ərizəçidır. AZ-İİ seriyalı 483775 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 19 mart 2*25-ci il tarixdə dəqiqləşdirilməmiş ürək çatmamazlığı səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında *2 aprel 2*25-ci il tarixdə 244 nömrə ilə qeyd edilmişdir. Beyləqan rayon Dünyamalılar Bələdiyyəsi tərəfindən verilmiş 17.11.2*25-ci il tarixli *47 №-li Arayışdan görünür ki, X4 mərhurr bacısı *4.*8.1978-ci il doğumlu X6 xx.xx.1979cu ildə vəfat etmiş və həqiqətən Dünyamalılar kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X16 *7.11.2*25-ci il tarixli 134 №-li məktubundan görünür ki, Beyləqan rayon Dünyamalılar kənd sakini, *7.*8.1981-ci il təvəllüdlü X5, ondan ötəri ki, onun mərhum bacısı 1978-ci ildə vəfat etmiş X2 ailəsi ölüm haqqında tibbi şəhadətnamə üçün “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” pubiik hüquqi şəxsə müraciət etməmişdir. Hal-hazırda Ceyhun İmanovun müraciəti əsasında onun mərhum bacısı Samilə İmanovaya ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Maraqlı şəxsndən verilmiş *6.11.2*25-ci il tarixli Rəydən görünür ki, X2 ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Fotoşəkillərdən görünür ki, qəbir daşının üzərində “X13 q və *4-*8-1978 – xx-xx- 1979” qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, *4 avqust 1978-ci il təvəllüdlü X2 17 noyabr 1979-cu il tarixdə ölməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. *4 avqust 1978-ci il təvəllüdlü X2 17 noyabr 1979-cu il tarixdə, Beyləqan rayonunun Dünyamalılar kəndində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə *4 avqust 1978-ci il təvəllüdlü X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Kamilzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar