Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2069/2025 05.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi vəkalətli nümayəndəsi Beyləqan rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 22 fevral 2013-cü il tarixində Beyləqan rayon İHB-nın Qarallar kənd üzrə nümayəndəliyində bağlanılmış nikahın pozulması və uşaqların ananın yanında saxlanılması barədə Birinci tərəf-X8 ilə İkinci tərəf-Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin uşaqların ananın yanında saxlanılması hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi vəkalətli nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, Ərizəçi Maraqlı şəxs ilə evlənərək, nikahlarını 22 fevral 2013-cü il tarixində Beyləqan rayon İHB-nm Qarallar kənd üzrə nümayəndəliyində qeyd etdirmişlər. Tərəflərin birgə nikahlarından 16 oktyabr 2013-cü ildə Elman, 27 iyul 2015-ci ildə Nəzrin, 04 noyabr 2018-ci ildə Aylin adlı uşaqları anadan olmuşdur. Lakin tərəflərin ailə münasibətləri pozulduğundan ayrılmışlar. Ərizəçi mediasiya təşkilatına müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanuna əsasən mediasiya sessiyasında iştirak etmək üçün Maraqlı şəxs təklif göndərilmiş və hər iki tərəfin iştirakı ilə 31 yanvar 2025-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmişdir. Tərəflər razılıq əldə etdiklərindən aralarında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs 22 fevral 2013-cü il tarixdə Beyləqan rayon İHB-nin Qarallar kənd üzrə nümayəndəliyi tərəfindən 01 nömrəli akt qeydi ilə bağlanan nikahlarının məhkəmədə 3 ay barışıq müddəti verilmədən pozulması barədə razılaşmaqla bərabər, birgə nikahlarından 16 oktyabr 2013-cü ildə anadan olan X6, 27 iyul 2015-ci il tarixində anadan olan X2 və 04 noyabr 2018-ci il tarixində anadan olan X3 yetkinlik yaşına çatanadək Ərizəçi yanınıda qalmasında razılaşmışlar. Ərizəçi öhdəliyə əməl etsə də, Maraqlı şəxs barışıq sazişinə əməl etməmiş və uşaqları anasına, yəni ərizəçiyə verməmişdir. Hazırda tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Ona görə də 22 fevral 2013-cü il tarixində Beyləqan rayon İHB-nın Qarallar kənd üzrə nümayəndəliyində bağlanılmış nikahın pozulması və uşaqların ananın yanında saxlanılması barədə Birinci tərəf-X8 ilə İkinci tərəf-Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin uşaqların ananın yanında saxlanılması hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş məhkəməyə teleqrama göndərərk iddianı qəbul etdiyini, üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan iş baxıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 16 oktyabr 2013-cü ildə Elman, 27 iyul 2015-ci ildə Nəzrin, 04 noyabr 2018-ci ildə Aylin adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan Beyləqan rayon Məhkəməsinin e-2(020)914 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı X8 ilə cavabdeh Maraqlı şəxs arasında Beyləqan rayonu İHB-nın Qarallar kənd üzrə nümayəndəliyində 22 fevral 2013-cü il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 01 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Nətavan Habil qızı ("Birinci tərəf") və Maraqlı şəxs ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, Birinci tərəf: X1 tərəf Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları 16.10 2013-cü il təvəllüdlü X7, 27 07 2015 ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X3 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır. İkinci tərəf: Maraqlı şəxs birinci tərəf: X10 ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-ci il təvəllüdlü X7, 27 07.2015-ci il təvəllüdlü X4 xx.xx.2018-ci il təvəllüdlü X5 (ananın) yanında (himayəsində) qalmasına razıdır və etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 22 fevral 2013-cü il tarixində Beyləqan rayon İHB-nın Qarallar kənd üzrə nümayəndəliyində bağlanılmış nikahın pozulması və 16 oktyabr 2013-cü ildə anadan olan X15, 27 iyul 2015-ci ildə anadan olan X11 və 04 noyabr 2018-ci ildə anadan olan X3 ananın yanında saxlanılması barədə birinci tərəf-X8 ilə İkinci tərəf-Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış MŞAB/MTO041/2025-00080 nömrəli xx.xx.2025-ci il tarixli X14 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişi uşaqların ananın yanında saxlanılması hissəsində təsdiq edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-2069/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2069/2025
05.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver