Məhkəmə qərarları › İş №2(020)-2116/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2116/2025

17.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2116/2025 17.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Kamilzadə Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1nın 28 avqust 2**2-ci ildə Beyləqan rayonu, Mil qəsəbəsində ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Beyləqan rayonu Mil qəsəbəsində yaşayır. X4 onun bacısıdır. X4 28 avqust 2**2-ci ildə rəhmətə getmişdir. O, Beyləqan rayon Mərkəzi xəstəxaanasına müraciət etsə də xəstəxanada müayinə edilmədiyi üçün ölüm sənədi verilməkdən imtina edilmişdir. Füzuli rayonunun Bala Bəhmənli kənd icra nümayəndəliyindən aldığı arayışdan da görünür ki, X1 28 avqust 2**2-ci ildə ölmüşdür və həmin kənd qəbirsanlığında dəfn edilmişdir. Bacısının ölümündən sonra səhlənkarlıqdan və həmin vaxt yasa başı qarışıq olduğundan və bilməməzdikdən ölüm haqqında şəhadətnamə almaq üçün nə xəstəxanaya nədəki qeydiyyat orqanına müraciət edilməmişdir. Yerli hakimiyyət orqanları və xəstəxanada onlarə başa salmamışdır. O, sənədləri kənd sovetinə versədə onlar heç bir hərəkət etməmişlər və nəticədə ölüm sənədi ala bilməmişdir. Hal-hazırda ölüm sənədinin olmaması problemlər yaratdığından ötrü mərhum bacısının ölümünü təstiq edən sənədə ehtiyac vardır. Maraqlı şəxs bərpa akt qeydləri üzrə vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində aşkar olunmamışdır. Bacısının ölümünü təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş və bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. Beyləqan rayon Mərkəzi Xəstəxanasına da müraciət edərək tibbi şəhadətnamə almaq istədikdə xəstəxanaya vaxtında müraciət edilməməsi əsas gətirilərək imtina məktubu verilmişdir. Mən mülki yəni torpağı adına keçirmək, yəni onun adına olan torpaqları və digər işləri görmək istəyir. Lakin bacısının ölüm sənədi olmadığı üçün səndələşmə işləri apara bilmir. Həmin vaxt baş qarışıq olduğundan və bilməməzlikdən Rayon xəstəxanasına müraciət edilməmişdir. O, bacısının ölüm haqqında şəhadətnamə almaq vərəsəlik açdırmaq, adına olan əmlakları adına keçirmək üçün lazımdır. Ölüm sənədini başqa cür əldə etmək mümkün deyildir. Başqa cür ölüm sənədi ala bilmir. Ona görə də bacısının ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, bacısı xəstəlikdən Beyləqan rayonunun Mil qəsəbəsində yaşadıqları evlərində ölmüşdür. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin X1 28 avqust 2**2-ci il tarixdə Beyləqan rayonun, Mil qəsəbəsində yaşadıqları evdə ölmüşdür. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə X9 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısıdır. X1 28 avqust 2**2-ci il tarixdə qəflətən Beyləqan rayonunun Mil qəsəbəsində yaşadıqları evlərində ölmüşdür. Mərhumu Füzuli rayon, Araz Zərgər kənd qəbiristanlığında dəfn etmişlər. O,dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə X1* ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. X1 28 avqust 2**2-ci il tarixdə Beyləqan rayonunun Mil qəsəbəsində yaşadıqları evlərində qəfil ölmüşdür. Mərhumu Füzuli rayon, Araz Zərgər kənd qəbristanlığında dəfn etmişlər. O, yas mərasimində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən verilmiş 25.11.2*25-ci il tarixli Arayışdan görünür ki, 13 may 1979-cu il təvəllüdlü X2 atası X5, anası isə X7r. Maraqlı şəxs tərəfindən verilmiş 28.11.2*25-ci il tarixli Arayışdan görünür ki, xx xxxx 1957-ci il təvəllüdlü Ərizəçi atası X5, anası isə X7r. Vİ-ЖГ seriyalı 34*698 nömrəli Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, 13 may 1979-cu il təvəllüdlü X2 atası X5, anası isə X7r. Maraqlı şəxsndən verilmiş 25.11.2*25-ci il tarixli Rəydən görünür ki, X2 ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X19 25.11.2*25-ci il tarixli 146 №-li məktubundan görünür ki, Mil qəsəbəsində yaşayan, xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi, ondan ötəri ki onun bacısı 13.*5.1979-cu il tarixdə anadan olmuş X4 28.*8.2**2-ci il tarixdə vəfat etmişdir. Ərizəçi deməsinə əsasən X1nın 28.*8.2**2-ci il tarixdə vəfat etməsi barədə “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X19də ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün heç bir qeydiyyat sənədi olmadığına görə ona tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Beyləqan rayonu İcra hakimiyyəti başçısının Mil qəsəbə inzibati ərazi X8 tərəfindən verilmiş 17.1*.2*25-ci il tarixli 5-37-15/2-65/2*25 №-li Arayışdan görünür mərhum X4 vəfat etdiyi tarixədək (28.*8.2**2-ci il) Beyləqan rayonu Mil qəsəbəsində yaşamışdır. Azərbaycan Respublikasi Füzuli Rayon İcra Hakimiyyəti Başçisinin Bala Bəhmənli Kənd İnzibati Ərazi X8 tərəfindən verilmiş 17.1*.2*25-ci il tarixli 5-43-18/2-9/2*25 №-li Arayışdan məktubdan görünür ki Nümayəndəliyin ərazində yerləşən Araz Zərgər kənd qəbiristanlığında mərhum X6 28.*8.2**2 ci ildə dəfn edilmişdir. Fotoşəkillərdən görünür ki, qəbir daşının üzərində “X3 və 1979–2**2” qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, 13 may 1979-cu il təvəllüdlü X2 28 avqust 2**2-ci il tarixdə ölməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 13 may 1979-cu il təvəllüdlü X2 28 avqust 2**2-ci il tarixdə, Beyləqan rayonunun Mil qəsəbəsində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə 13 may 1979-cu il təvəllüdlü X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Kamilzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar