Məhkəmə qərarları › İş №2(020)-2192/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2192/2023

08.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2192/2023 08.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunın katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi 2*.07.*989-cu ildə anadan olmuş qızı X5 *6.05.*998-ci ildə, 05.0*.*994-cü ildə anadan olmuş oğlu X8 06.*0.2003-cü ildə, *7.05.*995-ci ildə anadan olmuş qızı X3 *6.0*.2004-cü ildə və 02.*0.2000-ci ildə anadan olmuş qızı X2 isə *3.0*.2002-ci ildə Beyləqan rayonu, Türklər qəsəbəsində ölmələrinin qeyd edilməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 2*.07.*989-cu ildə anadan olmuş qızı X5 *6.05.*998-ci ildə, 05.0*.*994-cü ildə anadan olmuş oğlu X8 06.*0.2003-cü ildə, *7.05.*995-ci ildə anadan olmuş qızı X3 *6.0*.2004-cü ildə və 02.*0.2000-ci ildə anadan olmuş qızı X2 isə *3.0*.2002-ci ildə Beyləqan rayonunun Türklər qəsəbəsində ölmələrinin qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, X*0 ilə ailə həyatı quraraq nikahlarını 28.09.*988-ci il tarixdə Laçın rayonu, Daşlı kənd sovetliyində rəsmiləşdirmişlər. Birgə nikahlarından 4 uşaqları 2*.07.*989-cu il tarixdə X**, 05.0*.*994-cü il tarixdə X*3, *7.05.*995ci il tarixdə X7 və 02.*0.2000-ci il tarixdə isə X6 anadan olmuşlar. Lakin əri ilə qan qohumluqları olduğundan uşaqlar müəyyən müddət keçdikdən sonra xəstəlikdən vəfat etmmişlər. Belə ki, 2*.07.*989-cu il tarixdə anadan olmuş qızı Lalə *6.05.*998-ci il tarixdə, 05.0*.*994-cü il tarixdə anadan olmuş oğlu Ömər 06.*0.2003-cü il tarixdə, *7.05.*995-ci il tarixdə anadan olmuş Türkanə adlı qızı *6.0*.2004-cü il tarixdə və 02.*0.2000-ci il tarixdə anadan olmuş qızı Gülbəniz isə *3.0*.2002-ci il tarixdə yaşadıqları Beyləqan rayonu, Türklər qəsəbəsində dünyasını dəyişmişlər. Uşaqlarının hər birinin qəbirləri Beyləqan rayonu, Şəfəq qəsəbəsində yerləşən X* yerləşən qəbiristanlıqdadır. Mərhum uşaqlarının hər birinin doğum haqqında şəhadətnamələri vardır. Lakin uşaqları hər biri kiçik yaşlarında vəfat etdiyindən ana kimi çox stres keçirdiyindən və həmçinin ərinin və ailə üzvlərinin başı dəfn və yas mərasimlərinə qarışdığından və sonra da səhlənkarlıqdan uşaqlara ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət edə bilməmişlər. Mərhum uşaqlarının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün bir sıra sənədləşmələrdə çətinlik çəkir. Belə ki, hazırda pensiyaya çıxmaq istəyir. Lakin uşaqlarının ölüm haqqında şəhadətnamələri olmadığından pensiyaya çıxa bilmir. O, uşaqlarının ölümünün qeyd edilməsi faktını təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, orada ona bildirdilər ki, ölüm faktının müəyyən edilməsi üçün mütləq məhkəməyə müraciət etməlidir. Odur ki, 2*.07.*989cu il təvəllüdlü qızı X5 *6.05.*998-ci ildə, 05.0*.*994-cü il təvəllüdlü oğlu X8 06.*0.2003-cü ildə, *7.05.*995-ci il təvəllüdlü qızı X3 *6.0*.2004-cü ildə və 02.*0.2000-ci il təvəllüdlü qızı X2 isə *3.0*.2002-ci ildə Beyləqan rayonunun Türklər qəsəbəsində ölmələrinin qeyd edilməsi faktının müəyyən edilməsinə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. İşdə olan uşaqların doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, X** 2*.07.*989-cu ildə, X*3 05.0*.*994-cü ildə, X9 *7.05.*995-ci ildə və X6 isə *3.0*.2002-ci ildə anadan olmuşlar. İşdə olan Maraqlı şəxs 25 oktyabr 2023-cü il tarixli, *05, *06, *07 və *08 saylı ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina haqqında rəylərindən görünür ki, Ərizəçi mərhum uşaqlarının ölüm haqqında akt qeydlərinin qeydə alınmasından imtina edilmişdir. İşdə olan Beyləqan rayon İHB-nin "xxxx" MMC-nin *6 sentyabr 2023-cü il tarixli, 08, 09, *0 və ** saylı arayışlarından görünür ki, Ərizəçi 2*.07.*989-cu il təvəllüdlü qızı X5 *6.05.*998-ci ildə, 05.0*.*994-cü il təvəllüdlü oğlu X8 06.*0.2003-cü ildə, *7.05.*995-ci il təvəllüdlü qızı X3 *6.0*.2004cü ildə və 02.*0.2000-ci il təvəllüdlü qızı X2 isə *3.0*.2002-ci ildə ölmələrinə dair yazılmış baş daşları Beyləqan rayonu, X4 qəbiristanlığında mövcuddur. İşdə olan qəbirdaşı fotoşəkillərindən görünür ki, həqiqətən də Ərizəçi 2*.07.*989-cu il təvəllüdlü qızı X5 *6.05.*998-ci ildə, 05.0*.*994-cü il təvəllüdlü oğlu X8 06.*0.2003-cü ildə, *7.05.*995-ci il təvəllüdlü qızı X3 *6.0*.2004-cü ildə və 02.*0.2000-ci il təvəllüdlü qızı X2 isə *3.0*.2002-ci ildə ölməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi faktının müəyyən olunmasına dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmədə müəyyən edildi ki, ərizəçiyə həmin faktın təsdiqi pensiyaya çıxmaqdan ötrü lazımdır. Ərizəçi mərhum uşaqlarına ölüm haqqında şahadətnamə götürmədiyindən müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Ona görə də həmin faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 305.*.*, 308-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi 2*.07.*989-cu il təvəllüdlü qızı X5 *6.05.*998-ci ildə, 05.0*.*994-cü il təvəllüdlü oğlu X8 06.*0.2003-cü ildə, *7.05.*995-ci il təvəllüdlü qızı X3 *6.0*.2004-cü ildə və 02.*0.2000-ci il təvəllüdlü qızı X2 isə *3.0*.2002-ci ildə Beyləqan rayonunun Türklər qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 2*.07.*989-cu ildə anadan olmuş qızı X5 *6.05.*998-ci ildə, 05.0*.*994-cü ildə anadan olmuş oğlu X8 06.*0.2003-cü ildə, *7.05.*995-ci ildə anadan olmuş qızı X3 *6.0*.2004-cü ildə və 02.*0.2000-ci ildə anadan olmuş qızı X2 isə *3.0*.2002-ci ildə Beyləqan rayonunun Türklər qəsəbəsində ölmələri faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar