Məhkəmə qərarları › İş №2(020)-231/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-231/2024

11.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-231/2024 11.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi vəkalətli nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi oğlu X2 14 sentyabr 1996-cı ildə ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 18.*8.1993-cü il tarixdə Beyləqan rayon Qəhrəmanlı qəsəbəsində anadan olmuş oğlu X2 14 sentyabr 1996-cı ildə ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi vəkalətli nümayəndəsi və vəkili X3 məhkəmə iclasında ərizəçinin ərizəsini müdafiə edərək izahatında göstərdi ki, nümayəndəsi və vəkili olduğu Ərizəçi xx.xx.1959-cu ildə Cəbrayıl rayonu, Qalacıq kəndində anadan olmuşdur. ərizəçi ailə üzvləri ilə birlikdə torpaqları erməni işğalçıları tərəfindən işğaldan sonra Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində məcburi köçgün kimi məskunlaşmışdır. Ərizəşinin 18.*8.1993-cü ildə anadan olmuş oğlu İkram 14 sentyabr 1996-cı ildə ölmüşdür. Ərizəçinin oğlu Beyləqan rayonunda vəfat etmiş və Beyləqan rayon Bahar qəsəbə qəbristanlıqda dəfn edilmişdir. Ərizəçinin oğlunun ölümündən sonra başları dəfn mərasiminə qarışdığından və sonradan səhlənkarlıqdan müvafiq qeydiyyat orqanından uşağa ölüm haqqında şəhadətnamə götürməmişlər. Bu səbəblə də ərizəçinin oğlunun ölməsi barədə qeydiyyat aparılmamışdır. Hazırda ərizəçi mülkiyyətlərində olan əmlaklarını, torpaq sahəsini sənədlədirmək istəyir. Lakin ərizəçinin oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından bir sıra çətinliklərlə üzləşir. Ərizəçi ölüm faktını təsdiq edən sənədi almaq üçün Beyləqan rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün mütləq məhkəməyə müraciət etməlidir. Odur ki, ərizəçinin 18.*8.1993-cü ildə anadan olmuş oğlu X2 14 sentyabr 1996cı ildə ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Beyləqan rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına heç bir üzürlü səbəb olmadan vəkalətli nümayəndəsini göndərməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır. İşdə olan Beyləqan rayon Qeydiyyat şöbəsinin *9 mart 2*23-cü il tarixli, 16 saylı ölüm haqqında akt qeydinin alınmasından imtina haqqında rəydən görünür ki, Ərizəçi mərhum oğlu X2 ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. İşdə olan Beyləqan rayon İHB-nin Qəhrəmanlı qəsəbə İƏDİ üzrə nümayəndəsinin 2* noyabr 2*23-cü il tarixli 396 saylı arayışından görünür ki, Ərizəçi 18.*8.1993-cü il taridə anadan olmuş oğlu İkram 14 sentyabr 1996-cı ildə ölmüş və Beyləqan rayon Bahar qəsəbə qəbristanlıqda dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X4 18.*8.1993-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi faktının müəyyən olunmasına dair işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3*9.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Halbu ki, ərizəçinin uşağı 18.*8.1993-cü ildə anadan olmuş oğlu X2 14 sentyabr 1996-cı ildə ölməsi faktı ərizəçinin izahatı və mülki işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmədə müəyyən edildi ki, ərizəçiyə həmin faktın təsdiqi mülkiyyətlərində olan əmlaklara dair hüquqlarını həyata keçirməkdən ötrü lazımdır. Ərizəçi oğluna ölüm şahadətnaməsi götürmədiyindən müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Ona görə də həmin faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 3*5.1.1, 3*8-311-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi 18.*8.1993-cü ildə anadan olmuş oğlu X2 14 sentyabr 1996-cı ildə ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 18.*8.1993-cü ildə anadan olmuş oğlu X2 14 sentyabr 1996-cı ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar