Məhkəmə qərarları › İş №2(020)-250/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-250/2024

19.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-250/2024 19.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək maraqlı tərəf Maraqlı şəxs arasında 12 oktyabr 2001-ci ildə Beyləqan rayon Qeydiyyat şöbəsində (VVADQ) Şöbəsində bağlanmış nikahlarının pozulması və xx.xx.2012-ci idə anadan olan Nəriman adlı uşağın onun yanında qalmasının müəyyən edilməsi barədə maraqlı tərəf Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞC/1/01859 nömrəli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə teleqrama göndərərək ezamiyyətdə olduğundan məhkəməyə gələ bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinin onunla əsaslandırmışdır ki, maraqlı tərəf Maraqlı şəxs ilə ailə quraraq nikahlarını 12 oktyabr 2001-ci ildə Beyləqan rayon Qeydiyyat şöbəsində (VVADQ) rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2001-cu ildə Eltun, xx.xx.2002-ci ildə Aytən, xx.xx.2012-ci ildə isə Nəriman adlı uşaqları anadan olmuşdur. Uşaqlardan Eltun və Aytən yetkinlik yaşına çatmışlar. Nəriman isə hazırda onun yanında qalıb yaşayır. Nikahın ləğvi barədə ərizə verməyinin səbəbi xasiyyətlərinin tutmaması, bu səbəbdən birgə yaşamaqlarının mümkün olmamasıdır. Belə ki, birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan aralarında münasibətlər kəskinləşmişdir. Xasiyyətlərinin tutmaması səbəbindən ailə münasibətləri dağılmışdır. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Artıq uzun müddətdir ki, nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. O, boşanmaq üçün Mediasıya şurasına müraciət etmişdir. Maraqlı tərəf kimi Maraqlı şəxs Şakir qızı da mediasiya şurasında iştirak etmiş və mediasiya şurasında qarşılıqlı razılığa gəlmişlər. Həmin razılığa əsasən maraqlı tərəflə aralarında 12 oktyabr 2001-cı ildə Beyləqan rayon Qeydiyyat şöbəsində (VVADQ) qeyd edilmiş nikahlarının pozulması, xx.xx.2012-ci ildə anadan olan uşaqları Nərimanın onun yanında qalıb yaşaması barədə razılığa gəlmişlər. Həmçinin o, həftənin istənilən günlərində Maraqlı şəxs xx.xx.2012-ci ildə anadan olmuş Nəriman adlı uşağı ilə görüşməsinə şərait yaradacağını öz öhdəsinə götürmüşdür. Bu barədə aralarında razılıq əldə olunmuş və Cəbrayıl 1 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən xx.xx.2013-cü il tarixli MŞC/1/01859 nömrəli Barışıq sazişi tərtib edilmişdir. Maraqlı tərəflə ayrılmaq qəti fikridir. Boşanmaqda israsrlıdır. O, maraqlı tərəfdən uşağın saxlanması üçün aliment tələb etmir. Odur ki, Maraqlı şəxs arasında 12 oktyabr 2001-ci ildə Beyləqan rayon Qeydiyyat şöbəsində (VVADQ) Şöbəsində bağlanmış nikahlarının pozulması və xx.xx.2012-ci idə anadan olan Nəriman adlı uşağın onun yanında qalmasının müəyyən edilməsi barədə maraqlı tərəf Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞC/1/01859 nömrəli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə teleqrama göndərərək iddianı qəbul etdiyini bildirmiş və səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini, işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs nikahlarını 12 oktyabr 2001-ci ildə Beyləqan rayon Qeydiyyat şöbəsində (VVADQ) Şöbəsində qeydə aldırmışlar. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2001-cu ildə Eltun, xx.xx.2002-ci ildə Aytən, xx.xx.2012-ci ildə isə Nəriman adlı uşaqları anadan olmuşdur. Ərizəçi ("Birinci tərəf") və Maraqlı şəxs ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş 24 dekabr 2023-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 12 oktyabr 2001-cı ildə Beyləqan rayon Qeydiyyat şöbəsində (VVADQ) qeyd edilmiş nikahlarının pozulması, xx.xx.2012-ci ildə anadan olan uşaqları Nərimanın Ərizəçi yanında qalıb yaşaması barədə razılığa gəlmişlər. Həmçinin birinci tərəf həftənin istənilən günlərində Maraqlı şəxs xx.xx.2012-ci ildə anadan olmuş Nəriman adlı uşağı ilə görüşməsinə şərait yaradacağını öz öhdəsinə götürmüşdür. Ərizəçi uşağın saxlanması üçün alimentdən imtina etmişdir. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə biər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə Ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə maraqlı tərəf tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı tərəf Maraqlı şəxs arasında 12 oktyabr 2001-ci ildə Beyləqan rayon Qeydiyyat şöbəsində bağlanmış nikahlarının pozulması və xx.xx.2012-ci idə anadan olan Nəriman adlı uşağın Ərizəçi yanında qalmasının müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli MŞC/1/01859 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişi təsdiq edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar