Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-251/2024 19.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçi- Ərizəçi, Maraqlı şəxs- Maraqlı şəxs vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək maraqlı tərəf Maraqlı şəxs arasında 10 noyabr 2010-cu ildə Füzuli rayon Qeydiyyat şöbəsində bağlanmış nikahlarının pozulması, Maraqlı şəxs onun xeyrinə 19 avqust 2010-cu ildə doğulmuş Rəvanın saxlanması üçün hər ay 100 manat alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana kimi ödənilməsi, 19 avqust 2010cu ildə doğulmuş Rəvanın onun yanında qalması və həftənin altı, bazar və tətil günlərində 19 avqust 2010-cu ildə doğulmuş Rəvan ilə Maraqlı şəxs görüşməsi barədə olan 09 dekabr 2023-cü il tarixli MŞC/1/01525 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağlanmış Barışıq sazişini təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Maraqlı şəxs ilə ailə quraraq, nikahlarını 10 noyabr 2010-cu ildə Füzuli rayon Qeydiyyat şöbəsində qeydə aldırmışlar. Birgə nikahlarında 19 avqust 2010-cu ildə Rəvan adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə ailə qurduqları vaxtdan ailə münasibətləri yaxşı olsada sonradan pozulmuşdur. Xasiyyət və xarakterləri birbirinə uyğun gəlmir. Bu səbəbdən Maraqlı şəxs ilə ayrılmışdır. Hazırda uşağı ilə birlikdə yaşayır. Nikahları formal xarakter daşıyır. Maraqlı şəxs ilə bir ailədə yaşamaq və ailəni qoruyub saxlamaq mümkün deyildir. Maraqlı şəxs ilə aralarında bağlanmış nikah barışıq üçün vaxt verilmədən və boşanmanın səbəbləri araşdırılmadan ləğv edilməsində israrlıdır. Maraqlı şəxs arasında 10 noyabr 2010-cu ildə Füzuli rayon Qeydiyyat şöbəsində bağlanmış nikahlarının pozulması, Maraqlı şəxs onun xeyrinə 19 avqust 2010-cu ildə doğulmuş Rəvanın saxlanması üçün hər ay 100 manat alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana kimi ödənilməsi, 19 avqust 2010cu ildə doğulmuş Rəvanın onun yanında qalması və həftənin altı bazar və tətil günlərində 19 avqust 2010-cu ildə doğulmuş Rəvan ilə Maraqlı şəxs görüşməsi barədə razılığa gəlmişlər. Ona görə də, maraqlı tərəf Maraqlı şəxs arasında 10 noyabr 2010-cu ildə Füzuli rayon Qeydiyyat şöbəsində bağlanmış nikahlarının pozulması, Maraqlı şəxs onun xeyrinə 19 avqust 2010-cu ildə doğulmuş Rəvanın saxlanması üçün hər ay 100 manat alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana kimi ödənilməsi, 19 avqust 2010-cu ildə doğulmuş Rəvanın onun yanında qalması və həftənin altı, bazar və tətil günlərində 19 avqust 2010-cu ildə doğulmuş Rəvan ilə Maraqlı şəxs görüşməsi barədə olan 09 dekabr 2023-cü il tarixli MŞC/1/01525 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağlanmış Barışıq sazişini təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs vəkalətli nümayəndəsi Nümayəndə iddianı qəbul etdi və izahatında göstərdi ki, Ərizəçi ilə qardaşı Maraqlı şəxs nikahlarını 10 noyabr 2010-cu ildə Füzuli rayon Qeydiyyat şöbəsində qeydə aldırmışlar və birgə nikahlarında 19 avqust 2010-cu ildə Rəvan adlı uşaqları anadan olmuşdur. Qardaşı ilə ərizəçi münasibətləri pozulduğundan ayrılmışlar. Qardaşı Elnurun Ərizəçi ilə aralarında mediasiya şurasında bağlanmış 09 dekabr 2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Ərzənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs nikahlarını 10 noyabr 2010-cu ildə Füzuli rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından 19 avqust 2010-cu ildə Rəvan adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ("Birinci tərəf") və Ərizəçi("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş 09 dekabr 2023-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, Maraqlı şəxs ilə 10 noyabr 2010-cu ildə Füzuli rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulmasına, Maraqlı şəxs 19 avqust 2010-cu ildə doğulmuş Rəvanın saxlanması üçün hər ay 100 manat alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana kimi ödənilməsi, 19 avqust 2010-cu ildə doğulmuş Rəvanın ərizəçinin yanında qalması və həftənin altı, bazar və tətil günlərində 19 avqust 2010-cu ildə doğulmuş Rəvan ilə Maraqlı şəxs görüşməsi barədə razılaşmışdırlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 10 noyabr 2010-cu ildə Füzuli rayon Qeydiyyat şöbəsində bağlanmış nikahlarının pozulması, Maraqlı şəxs Ərizəçi xeyrinə 19 avqust 2010-cu ildə doğulmuş Rəvanın saxlanması üçün hər ay 100 manat alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana kimi ödənilməsi, 19 avqust 2010-cu ildə doğulmuş Rəvanın Ərizəçi yanında qalması və həftənin altı, bazar və tətil günlərində 19 avqust 2010-cu ildə doğulmuş Rəvan ilə Maraqlı şəxs görüşməsi barədə olan 09 dekabr 2023-cü il tarixli MŞC/1/01525 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağlanmış Barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 32 (otuz iki) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-251/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-251/2024
19.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver