Məhkəmə qərarları › İş №2(020)-259/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-259/2024

23.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-259/2024 23.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək maraqlı tərəf Maraqlı şəxs ilə aralarında 15 oktyabr 2010-cu il tarixdə Beyləqan rayon İHB-in Qarallar kənd ərazi icra nümayəndəliyində bağlanmış nikahlarının pozulması, Maraqlı şəxs birgə nikahlarından anadan olan xx.xx.2011-ci il təvəllüdlü Röya, xx.xx.2014-cü il təvəllüdlü Gülər və xx.xx.2022-ci il təvəllüdlü Fəxri adında uşaqlarının saxlanması üçün hər ay hər uşağa 50 manat, cəmi 150 manat alimentin alınıb uşaqların yetkinlik yaşına çatana kimi ödənilməsi, xx.xx.2011-ci il təvəllüdlü Röya, xx.xx.2014cü ıl təvəllüdlü Gülər və xx.xx.2022-ci il təvəllüdlü Fəxri adında uşaqları onun yanında qalmalarının müəyyən edilməsi və xx.xx.2011-ci il təvəllüdlü Röya, xx.xx.2014-cü il təvəllüdlü Gülər və xx.xx.2022-ci il təvəllüdlü Fəxri adlı uşaqları ilə atası Maraqlı şəxs həftənin iki günü görüş verilməsinin müəyyən edilməsinə dair X1 1 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli, MŞC/1/01929 nömrəli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Maraqlı şəxs ilə ailə quraraq, nikahlarını 15 oktyabr 2010-cu il tarixdə Beyləqan rayonu, Qarallar kənd üzrə ərazi nümayəndəliyində 08 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2011ci ildə Röya, xx.xx.2014-cü ildə Gülər və xx.xx.2022-ci ildə isə Fəxri adında üç uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə ailə qurduqları vaxtlar ailə münasibətləri yaxşı olsada son zamanlar Röyala görə ailələrində söz söhbətlər yaranmağa başlamışdır. Röyalla xasiyyət və xarakteri birbirinə uyğun gəlmir. Bu səbəbdən Maraqlı şəxs ilə ayrılmışdır. Hazırda uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Nikahları formal xarakter daşıyır. Maraqlı şəxs ilə bir ailədə yaşamaq və ailəni qoruyub saxlamaq mümkün deyildir. O, Mediasiya şuarsına müraciət etmiş, medaiasiya şurasında maraqlı tərəflə aralarında 15 oktyabr 2010-cu il tarixdə Beyləqan rayonu, Qarallar kənd üzrə ərazi Nümayəndəliyində 08 saylı akt qeydi ilə qeydə alınmış nikahımızın pozulması, Maraqlı şəxs onun xeyrinə birgə nikahlarından xx.xx.2011-cü ildə anadan olan Röya, xx.xx.2014-cü ildə anadan olan Gülər və xx.xx.2022-ci ildə anadan olan Fəxrinin saxlanması üçün hər ay 50 manat, cəmi 150 manat alimentin uşaqların yetkinlik yaşına çatana kimi ödənilməsi, uşaqların onun yanında qalması və həftənin iki günü uşaqlarla atasının görüşməsi barədə razılığa gəlmişlər. Ona görə də, maraqlı tərəf Maraqlı şəxs arasında 15 oktyabr 2010-cu il tarixdə Beyləqan rayon İHB-in Qarallar kənd ərazi icra nümayəndəliyində bağlanmış nikahlarının pozulması, Maraqlı şəxs birgə nikahlarından anadan olan xx.xx.2011-ci il təvəllüdlü Röya, xx.xx.2014-cü il təvəllüdlü Gülər və xx.xx.2022-ci il təvəllüdlü Fəxri adında uşaqlarının saxlanması üçün hər ay hər uşağa 50 manat, cəmi 150 manat alimentin alınıb uşaqların yetkinlik yaşına çatana kimi ödənilməsi, xx.xx.2011-ci il təvəllüdlü Röya, xx.xx.2014cü ıl təvəllüdlü Gülər və xx.xx.2022-ci il təvəllüdlü Fəxri adında uşaqları onun yanında qalmalarının müəyyən edilməsi və xx.xx.2011 -ci il təvəllüdlü Röya, xx.xx.2014-cü il təvəllüdlü Gülər və xx.xx.2022-ci il təvəllüdlü Fəxri adlı uşaqları ilə atası Maraqlı şəxs həftənin iki günü görüş verilməsinin müəyyən edilməsinə dair X1 1 sayl| Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli, MŞC/1/01929 nömrəli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs ərizəni qəbul etdi və izahatında göstərdi ki, Ərizəçi ilə nikahlarını 15 oktyabr 2010-cu il tarixdə Beyləqan rayon İHB-in Qarallar kənd ərazi icra nümayəndəliyində qeydə aldırmışlar və birgə nikahlarında üç uşaqları anadan olmuş, hazırda uşaqları ərizəçinin yanında yaşayırlar. Ərizəçi ilə münasibətləri pozulduğundan ayrılmışlar. O, Ərizəçi ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Ərzənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs nikahlarını 15 oktyabr 2010-cu il tarixdə Beyləqan rayon İHB-in Qarallar kənd ərazi icra nümayəndəliyində rəsmiləşdirmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2011-ci ildə Röya, xx.xx.2014-cü ildə Gülər, xx.xx.2022-ci ildə Fəxri adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ("Birinci tərəf") və Ərizəçi("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş 01 yanvar 2024-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, Ərizəçi ilə maraqlı tərəf Maraqlı şəxs arasında 15 oktyabr 2010-cu il tarixdə Beyləqan rayon İHB-in Qarallar kənd ərazi icra nümayəndəliyində bağlanmış nikahlarının pozulması, Maraqlı şəxs birgə nikahlarından xx.xx.2011-ci ildə anadan olan Röya, xx.xx.2014-cü ildə anadan olan Gülər və xx.xx.2022-ci ildə anadan olan Fəxri adında uşaqlarının saxlanması üçün hər ay hər uşağa 50 manat, cəmi 150 manat alimentin alınıb uşaqların yetkinlik yaşına çatana kimi ödənilməsi, xx.xx.2011-ci ildə anadan olan Röya, xx.xx.2014-cü ildə anadan olan Gülər və xx.xx.2022-ci ildə anadan olan Fəxri adlı uşaqların Ərizəçi yanında qalmalarının müəyyən edilməsi və xx.xx.2011ci ildə anadan olan Röya, xx.xx.2014-cü ildə anadan olan Gülər və xx.xx.2022-ci ildə anadan olan Fəxri adlı uşaqların ataları Maraqlı şəxs ilə hər həftənin iki günü görüş verilməsinin müəyyən edilməsi barədə razılaşmışlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2024cü il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı tərəf Maraqlı şəxs arasında 15 oktyabr 2010-cu il tarixdə Beyləqan rayon İHB-in Qarallar kənd ərazi icra nümayəndəliyində bağlanmış nikahlarının pozulması, Maraqlı şəxs birgə nikahlarından xx.xx.2011-ci ildə anadan olan Röya, xx.xx.2014-cü ildə anadan olan Gülər və xx.xx.2022-ci ildə anadan olan Fəxri adında uşaqlarının saxlanması üçün hər ay hər uşağa 50 manat, cəmi 150 manat alimentin alınıb uşaqların yetkinlik yaşına çatana kimi ödənilməsi, xx.xx.2011-ci ildə anadan olan Röya, xx.xx.2014-cü ildə anadan olan Gülər və xx.xx.2022-ci ildə anadan olan Fəxri adlı uşaqların Ərizəçi yanında qalmalarının müəyyən edilməsi və xx.xx.2011-ci ildə anadan olan Röya, xx.xx.2014-cü ildə anadan olan Gülər və xx.xx.2022-ci ildə anadan olan Fəxri adlı uşaqların ataları Maraqlı şəxs ilə hər həftənin iki günü görüş verilməsinin müəyyən edilməsinə dair X1 1 saylı Mediasiya Təşkilatında 01.01,2024-cü il tarixli, MŞC/1/01929 nömrəli Barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 38 (otuz səkkiz) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar