Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-30/2025 10.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı gediş-gəliş üçün avtomobil yolunun açılması, ot tayasının götürülməsi daş hasarın və darvazanın onun hesabına sökülməsi və qeyri-qanuni müdaxilənin qadağan edilməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh tərəfindən gediş-gəliş üçün 11 metr enində, 30 metr uzunluğunda avtomobil yolunun açılması, ot tayasının götürülməsi, daş hasarın və darvazanın onun hesabına sökülməsi və qeyri-qanuni müdaxilənin qadağan edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia tələbini əsaslandıraraq göstərmişdir ki, o, Beyləqan rayon Qarallar kəndində yaşayır. Özünə məxsus həyətyani torpaq sahəsi və onun üzərində evi vardır. Həmin həyətə şəhadətnaməsi vardır ki, orada yolun olmasıda göstərilmişdir. Cavabdeh həmin həyətyani torpağa və evinə gedən avtomobil yolunu bağlamış, daş hasar çəkmiş və darvaza qoyaraq yolunu kəsmişdir. O, hazırda qonşusu Zahid Şirinovun həyətindən keçməklə evinə getməyini təmin edə bilir. Zahid həyətindən yol verməsə evinə gedə bilmir. Cavabdeh isə onun yolunun üzərində olan pəyəsinə daş hasar çəkmiş və darvaza qoymuşdur. Ancaq onun pəyəsi yerləşdiyi yerə başqa yerdəndə gediş -gəliş yolu vardır. Ona görə də, o, Cavabdeh tərəfindən gediş-gəliş üçün 11 metr enində, 30 metr uzunluğunda avtomobil yolunun açılması, ot tayasının götürülməsi, daş hasarın və darvazanın onun hesabına sökülməsi və qeyri-qanuni müdaxilənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və izahatında göstərdi ki, onun heç bir narazıçılığı yoxdur. Qardaşının digər qonşusu onu məhkəməyə verdiyindən qardaşı da hazırkı iş üzrə Cavabdeh məhkəməyə vermişdir. İş üzrə alınmış eksperiza rəyi ilə vardır. Həmin rəydə İddiaçı kənar torpağından istifadə etdiyi ərazinin yolun tutulması göstərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının torpaq sahəsinə gedən gediş gəliş yolunu o, bağlamamışdır. Orada yol olmamışdır. İş üzrə alınmış məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə razdır. Həmin rəydə də onun iddiaçınınn torpaq sahəsinə gedən yolu zəbt etmədiyi qeyd olunmuşdur. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia rədd edilməlidir. İşdə olan JN 047A, KOD 60700048 saylı "Torpağa mülkiyyət hüququna dair" Şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə Beyləqan rayonu Qaralılar kəndi ərazisindən 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN 046A, KOD 60700048 saylı “Torpağa mülkiyyət hüququna dair" Şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə Cavabdeh və ailə üzvlərinə Beyləqan rayonu Qaralılar kəndi ərazisindən 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hazırkı iş üzrə də eekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/9860 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinə Beyləqan rayonu Qaralılar kəndində yerləşən Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə verilmiş "Torpağa mülkiyyət hüququna dair" JN № 047A, KOD 60700048 saylı şəhadətnamə ilə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin naturada yeri və ölçüləri müəyyən edilmişdir. Cavabdeh və ailə üzvlərinə Beyləqan rayonu Qaralılar kəndində yerləşən Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə verilmiş "Torpağa mülkiyyət hüququna dair JN № 046A, KOD 60700048 saylı şəhadətnamə ilə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinin naturada yeri və ölçüləri müəyyən edilmişdir. Elektron məlumat bazasında Qaralılar kəndində həyətyanı torpaq sahələrinə aid tərtib olunmuş yerquruluşu planına əsasən, İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda 379.76 kv.m və Cavabdeh və ailə üzvlərinin xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda isə 375.67 kv.m yol sahəsinin ərazisi kimi qeyd olunmuşdur ki, həmin yol əraziləri onlar tərəfindən istifadə olunur. Cavabdeh tərəfindən İddiaçı və ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsinə gedən yol sahəsi istifadə olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 101.3-cü maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67-ci maddəsinin 3-cü bəndinə əsasən Dövlət və Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərininvə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülkiyyətçi qanunvericilikdə və ya başqa şəkildə, o cümədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istiadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş və yuxarıda sadalanmış hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddianın əsassız olması işin halları ilə kifayət qədər sübut olunmuşdur. Məhkəmədə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən İddiaçı və ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsinə gedən yol sahəsi istifadə olunmur. İş materialları ilə iddiaçının və cavabdehin öz mülkiyyətlərində olan torpaq sahəsindən kənarda torpaq sahəsini və həmin ərazidən keçən yoldan istifadə etmələri müəyyən olunmuş, həmin ərazi onların mülkiyyətinə aid deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbinin əsassızlığı müəyyən edildiyinə görə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti iddiaçıdan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı gediş-gəliş üçün avtomobil yolunun açılması, ot tayasının götürülməsi daş hasarın və darvazanın onun hesabına sökülməsi və qeyri-qanuni müdaxilənin qadağan edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə ekspertiza xərci İddiaçı 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilən 100 (yüz) manat və mütəxəssis rəyi alınması üçün ödənilən 170 (yüz yetmiş) manat iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-30/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-30/2025
10.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver