Məhkəmə qərarları › İş №2(020)-339/2024

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-339/2024

06.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-339/2024 06.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə 19 iyul 2017-ci il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının pozulması və Maraqlı şəxs xx.xx.2020-ci ildə anadan olan Cavanşir və xx.xx.2018-ci ildə anadan olan Cavidan adlı uşaqlarının saxlanılması üçün hər ay hər uşağa görə 60 manat alimentin onun xeyrinə tutulması, həmin uşaqların anaları - Ərizəçi himayəsində qalmaları, uşaqların ataları ilə görüşmələrinə şərait yaradılması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış 12 yanvar 2024-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmədə baxılması zamanı Ərizəçi məhkəməyə ərizə təqdim edərək ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə ərizəçi ərizənin baxılmamış saxlanılması xahiş etmiş, maraqlı tərəf isə məhkəməyə gəlməmiş və mahiyyəti üzrə işə baxılmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Ərizəçiyə adı çəkilən Məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs ilə 19 iyul 2017-ci il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının pozulması və Maraqlı şəxs xx.xx.2020-ci ildə anadan olan Cavanşir və xx.xx.2018-ci ildə anadan olan Cavidan adlı uşaqlarının saxlanılması üçün hər ay hər uşağa görə 60 manat alimentin onun xeyrinə tutulması, həmin uşaqların anaları - Ərizəçi himayəsində qalmaları, uşaqların ataları ilə görüşmələrinə şərait yaradılması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış 12 yanvar 2024-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi baxılmamış saxlansın. Ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş 50(əlli) manat pul özünə qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan onun surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Beyləqan rayon məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar