Məhkəmə qərarları › İş №2(020)-393/2024

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-393/2024

12.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-393/2024 12.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Maraqlı şəxsin vəkalətli nümayəndəsi- Nümayəndə iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında 10 mart 2017-ci il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının pozulmasına dair X1 1 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixli, MŞC/1/01762 nömrəli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə poçt vasitəsi ilə ərizə göndərərək, məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, ərizəsinə onun iştirakı olmadan baxılmasını və təmin edilməsi barədə qətanmə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsindən görünür ki, ərizəçi Maraqlı şəxs ilə ailə münasibətlərinə daxil olaraq, nikahlarını 10 mart 2017-ci il tarixdə, 50 saylı akt qeydi ilə Beyləqan rayon Qeydiyyat Şöbəsində rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından uşaqları olmamışdır. Maraqlı şəxs ilə ailə münasibətləri tamamilə kəsilmişdir. Maraqlı şəxs ilə aralarında mediasiya prosessində aralarında olan nikahın pozulması barədə barışıq sazişi bağlamışlar. Ona görə də, Maraqlı şəxs ilə aralarında 10 mart 2017-ci il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının pozulmasına dair X1 1 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixli, MŞC/1/01762 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə teleqram göndərərək ərizəçinin ərizəsini qəbul etdiyini, onunla boşanmağa razı olmasını və iştirakı olmadan Ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs vəkalətli nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, nümayəndəsi olduğu Maraqlı şəxs onun oğludur. Oğlu Yusiflə Ərizəçi ilə nikahlarını 10 mart 2017-ci il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından uşaqları olmamışdır. Ərizəçi ilə maraqlı şəxsin ailə münasibətləri pozulduğundan ayrılmışlar. Ərizəçi nümayəndəsi olduğu Maraqlı şəxs arasında X1 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 261.0.1-cı maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Eyni zamanda məhkəmə ərizəçiyə hazır ki, ərizəyə baxılmasının xüsusi icraatda deyil, ümumi iddia icraat qaydasında baxılmalı olduğunu və hazırkı tələblə bağlı ümumi icraat qaydasında Beyləqan Rayon Məhkəməsinə müraciət etmək hüququnu izah edir. Belə ki, nikahın pozulmasına dair mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizələr məhkəmədə xüsusi icraat qaydasında yox, ümumi iddia icraatı qaydasında verildikdə məhkəmələr tərəfindən baxılır. Məhkəmə hesab edir ki, hazırkı mülki işə xüsusi icraat qaydasında baxılmalı olmadığından işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1 və 263- 264-cü maddələrini təhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi Beyləqan rayon məhkəməsində xüsusi icraat qaydasında baxılmalı olmadığından mülki işin icraatına xitam verilsin. Ərizəçiyə izah edilsin ki, hazırkı tələblə bağlı ümumi iddia icraatı qaydasında yenidən müraciət etmək hüququ vardır. Qərardaddan alındıgı vaxtdan 10 gün müddətinə Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar