Məhkəmə qərarları › İş №2(020)-396/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-396/2024

12.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-396/2024 12.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Sulduz Ləzimovun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi, Maraqlı şəxs- Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs onun xeyrinə xx.xx.2017-ci ildə doğulmuş Aysəba, xx.xx.2018-ci ildə doğulmuş Ramal və xx.xx.2023-cü ildə doğulmuş Roman adlı uşaqların saxlanması üçün hər ay hər bir uşağa görə 100 manat, cəmi 300(üç yüz) manat alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana kimi ödənilməsi, xx.xx.2017-ci ildə doğulmuş Aysəba, xx.xx.2018-ci ildə doğulmuş Ramal və xx.xx.2023-cü ildə doğulmuş Roman adlı uşaqların onun yanında qalmaları və həftənin istənilən günlərində xx.xx.2017-ci ildə doğulmuş Aysəba, 30.11,2018-ci ildə doğulmuş Ramal və xx.xx.2023-cü ildə doğulmuş Roman adlı uşaqları ilə Maraqlı şəxs görüşməsi barədə olan 14 yanvar 2024-cü il tarixli MŞC/1/00022 nömrəli X2 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişini təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Maraqlı şəxs ilə ailə münasibətlərinə daxil olaraq, nikahlarını rəsmi qeydə aldırmamışlar. Faktiki nikahlarından xx.xx.2017-ci ildə Aysəba, xx.xx.2018-ci ildə Ramal və xx.xx.2023-cü ildə Roman adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə ailə münasibətləri 2023-cü ildə tamamilə kəsilmişdir. Uşaqlar hazırda onun yanında yaşayırlar. Maraqlı şəxs ilə aralarında mediasiya prosessində aliment, uşaqla görüş və uşaqların himayəmdə qalması barədə barışıq sazişi bağlamışlar. xx.xx.2017-ci ildə doğulmuş Aysəba, xx.xx.2018-ci ildə doğulmuş Ramal və xx.xx.2023-cü ildə doğulmuş Roman adlı uşaqları üçün aliment tələbini aralarında razılaşaraq hər ay hər bir uşaq üçün 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat məbləğində alimenti xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək ona ödəyəcəyini Maraqlı şəxs öz öhdəsinə götürmüş, həftənin istənilən günlərində Maraqlı şəxs ilə xx.xx.2017-ci ildə doğulmuş Aysəba, xx.xx.2018-ci ildə doğulmuş Ramal və xx.xx.2023-cü ildə doğulmuş Roman adlı uşaqları ilə görüşməyə şərati yaradacağını isə özü öhdəsinə götürmüş, həmçinin Maraqlı şəxs xx.xx.2017-ci ildə doğulmuş Aysəba, xx.xx.2018-ci ildə doğulmuş Ramal və xx.xx.2023-cü ildə doğulmuş Roman adlı uşaqlarının onun himayəsində qalması barədə razılaşmışlar. Ona görə də, Maraqlı şəxs onun xeyrinə xx.xx.2017-ci ildə doğulmuş Aysəba, xx.xx.2018-ci ildə doğulmuş Ramal və xx.xx.2023-cü ildə doğulmuş Roman adlı uşaqların saxlanması üçün hər ay hər bir uşağa görə 100 manat, cəmi 300(üç yüz) manat alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana kimi ödənilməsi, xx.xx.2017-ci ildə doğulmuş Aysəba, 30.11,2018-ci ildə doğulmuş Ramal və xx.xx.2023-cü ildə doğulmuş Roman adlı uşaqların onun yanında qalmaları və həftənin istənilən günlərində xx.xx.2017-ci ildə doğulmuş Aysəba, 30.11,2018-ci ildə doğulmuş Ramal və xx.xx.2023-cü ildə doğulmuş Roman adlı uşaqları ilə Maraqlı şəxs görüşməsi barədə olan 14 yanvar 2024-cü il tarixli MŞC/1/00022 nömrəli X2 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişini təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs ərizəni qəbul etdi və izahatında göstərdi ki, Ərizəçi ilə nikahlarını rəsmiləşdirmədən ailə qurmuşlar və faktiki nikahlarından üç uşaqları anadan olmuşdur. Ərizəçi ilə münasibətləri pozulduğundan ayrılmışlar. O, Ərizəçi ilə aralarında mediasiya şurasında bağlanmış 14 yanvar 2024-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Ərzənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan uşaqların doğum haqqında arayışlarından görünür ki, tərəflərin faktiki nikahlarından X1 xx.xx.2017-ci ildə, X3 xx.xx.2018-ci ildə, X4 xx.xx.2023-cü ildə anadan olmuşlar. Ərizəçi ("Birinci tərəf") və Maraqlı şəxs ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş 14 yanvar 2024-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, Maraqlı şəxs Ərizəçi xeyrinə xx.xx.2017-ci ildə doğulmuş Aysəba, xx.xx.2018-ci ildə doğulmuş Ramal və xx.xx.2023-cü ildə doğulmuş Roman adlı uşaqların saxlanması üçün hər ay hər bir uşağa görə 100 manat, cəmi 300(üç yüz) manat alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana kimi ödənilməsi, xx.xx.2017-ci ildə doğulmuş Aysəba, 30.11,2018-ci ildə doğulmuş Ramal və xx.xx.2023-cü ildə doğulmuş Roman adlı uşaqların Ərizəçi yanında qalmaları və həftənin istənilən günlərində xx.xx.2017-ci ildə doğulmuş Aysəba, 30.11,2018-ci ildə doğulmuş Ramal və xx.xx.2023-cü ildə doğulmuş Roman adlı uşaqları ilə Maraqlı şəxs görüş verilməsinin müəyyən edilməsi barədə razılaşmışlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs Ərizəçi xeyrinə xx.xx.2017-ci ildə doğulmuş Aysəba, xx.xx.2018-ci ildə doğulmuş Ramal və xx.xx.2023-cü ildə doğulmuş Roman adlı uşaqların saxlanması üçün hər ay hər bir uşağa görə 100 manat, cəmi 300(üç yüz) manat alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana kimi ödənilməsi, xx.xx.2017-ci ildə doğulmuş Aysəba, 30.11,2018-ci ildə doğulmuş Ramal və xx.xx.2023-cü ildə doğulmuş Roman adlı uşaqların Ərizəçi yanında qalmaları və həftənin istənilən günlərində xx.xx.2017-ci ildə doğulmuş Aysəba, 30.11,2018-ci ildə doğulmuş Ramal və xx.xx.2023-cü ildə doğulmuş Roman adlı uşaqları ilə ataları Maraqlı şəxs görüş verilməsi barədə 14 yanvar 2024-cü il tarixli MŞC/1/00022 nömrəli X2 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 56 (əlli altı) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Beyləqan rayon məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar