Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-624/2023 16.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, AbbasovZaur Alı oğlunın katibliyi, Ərizəçi- Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs rəisi X5 iştirakı ilə, Ərizəçi oğlu X* 25 fevral *989-cu ildə ölməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu X* 25 fevral *989-cu ildə ölməsi faktının qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, *8 mart *982-ci ildə X4 ilə ailə qurmuş və birgə nikahlarından *4 fevral *989-cu ildə Cabir adlı oğlu anadan olmuşdur. Oğlu Cabir 25 fevral *989-cu ildə ölmüş, oğlunu Beyləqan rayonunun Bahar qəsəbəsində qəbiristanlıqda dəfn etmişlər. Səhlənkarlıqdan oğlunun rəhmətə getməsinə dair Qeydiyyat orqanından ölüm sənədi alınmamışdır. Oğlunun vafatından sonra başları dəfn mərasiminə qarışmış, sonra isə səhlənkarlığından ölüm haqqında şəhadətnamə almaq üçün qeydiyyat orqanına müraciət etməmişdir. Ona görə də oğlunun ölməsi qeydə alınmamışdır. X2 *3 dekabr 2022-ci ildə olmüşdür. Bəzi sənədləşmələrdə oğlunun ölümünü təstiq edən sənədə ehtiyac vardır. Oğlunun ölüm faktını təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün mütləq məhkəməyə müraciət etməlidir. Odur ki, oğlu X* 25 fevral *989-cu ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs rəisi Malik Mahmudov ərizənin təmin edilməsinə etiraz etmədi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmaasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısı Mehribanın *4 feveral *989-cu ildə anadan olan oğu Cabir 25 fevral *989cu ildə ölmüşdür. Məhkəmə iclasında ifadə verən şahid X6 da eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin və maraqlı tərəfin izahatlarını, şahid İfadələrini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır. İşdə olan doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X3 *4.02.*989-cu ildə anadan olmuşdur. İşdə olan Maraqlı şəxs 09.0*.2023-cü il tarixli ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina haqqında rəydən görünür ki, Ərizəçi mərhum oğlu X* ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi faktının müəyyən olunmasına dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmədə müəyyən edildi ki, ərizəçiyə həmin faktın təsdiqi mülkiyyətlərində olan əmlaklara dair hüquqlarını həyata keçirməkdən ötrü lazımdır. Ərizəçi oğluna ölüm şahadətnaməsi götürmədiyindən müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Ona görə də həmin faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 305.*.*, 308-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi *4 fevral *989-cu ildə anadan olan oğlu X* 25 fevral *989-cu ildə ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi *4 fevral *989-cu ildə anadan olan oğlu X* 25 fevral *989-cu ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-624/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-624/2023
16.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver