Məhkəmə qərarları › İş №2(020)-642/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-642/2024

27.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-642/2024 27.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi, Maraqlı şəxs- Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon məhkəməsinin 01 iyun 2022-ci il tarixli,2(020)-626/2022 saylı qətnaməsinə əsasən 24 yanvar 2013-cü ildə anadan olmuş Orxan və 18 sentyabr 2015-ci ildə anadan olmuş Emil adlı uşaqların- saxlanması üçün hər ay, hər uşaq üçün 50(əlli) manat, cəmi 100(yüz) manat sabit pul məbləğində aliment artırılaraq hər ay, hər uşaq üçün 100(yüz) manat, cəmi 200(iki yüz) manat məbləğində olması və hər uşaq üçün 100(yüz) manat, cəmi 200(iki yüz) manat məbləğində alimentin Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana kimi ona ödənilməsi barədə 24 fevral 2024-cü il tarixli MŞC/1/00135 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağladığımız barışıq sazişini təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Maraqlı şəxs ilə ailə münasibətlərinə daxil olaraq nikahlarını 2013-cü il tarixdə rəsmləşdirmişlər. Birgə nikahlarından 24 yanvar 2013-cü ildə Orxan, 18 sentyabr 2015-ci ildə Emil adlı uşaqları anadan olmuşdur. Uşaqlar hazırda onun himayəsində yaşayırlar. Maraqlı şəxs ilə ailə münasibətləri 2022-ci ildə tamamilə kəsilmiş və onlar ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 01 iyun 2012-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və Maraqlı şəxs hər ay 50 (əlli) manat miqdarında aliment tutularaq 24 yanvar 2013-cü ildə anadan olmuş Orxan və 18 sentyabr 2015-ci ildə anadan olmuş Emil adlı uşaqlarımın saxlanılması üçün ona verilməsi qət edilmişdir. Maraqlı şəxs qazancı qeyri-müntəzəmdir, fərdi əməklə məşğul olur. Maraqlı şəxs köməkliyi və yardımı olmadan uşaqları saxlamaqda çox çətinlik çəkir. cavabdehin ödədiyi alimen isə uşaqlarının saxlanmasında yetərli deyildir. Maraqlı şəxs mənə ödədiyi 50 manatla hazırkı iqtisadi vəziyyətlə əlaqədar olaraq uşaqlarını saxlaya bilmir. Buna görə o, alimentin artırılması barədə mediasiya müraciət etmişdir. Hər ikisi mediasiyada hər uşaq üçün 100(yüz) manat cəmi 200(iki yüz) manat məbləğində alimenti Maraqlı şəxs ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Maraqlı şəxs alimenti 01 mart 2024-cü ildə ödəməli olduğu haldır. Vaxtlı-vaxtında ödənişlər aparmamışdır. Ona görə də, Beyləqan rayon məhkəməsinin 01 iyun 2022-ci il tarixli,2(020)-626/2022 saylı qətnaməsinə əsasən 24 yanvar 2013-cü ildə anadan olmuş Orxan və 18 sentyabr 2015-ci ildə anadan olmuş Emil adlı uşaqların- saxlanması üçün hər ay, hər uşaq üçün 50(əlli) manat, cəmi 100(yüz) manat sabit pul məbləğində aliment artırılaraq hər ay, hər uşaq üçün 100(yüz) manat, cəmi 200(iki yüz) manat məbləğində olması və hər uşaq üçün 100(yüz) manat, cəmi 200(iki yüz) manat məbləğində alimentin Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana kimi ona ödənilməsi barədə 24 fevral 2024-cü il tarixli MŞC/1/00135 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağladığımız barışıq sazişini təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs ərizəni qəbul etdi və izahatında göstərdi ki, Ərizəçi ilə nikahlarını rəsmiləşdirmədən ailə qurmuşlar və faktiki nikahlarından iki uşaqları anadan olmuşdur. Ərizəçi ilə münasibətləri pozulduğundan ayrılmışlar. O, Ərizəçi ilə aralarında mediasiya şurasında bağlanmış 24 fevral 2024-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Arada maddi vəziyyəti çətin olduğuna görə aliment pulunu gec ödəmişdir. Hazırda isə vaxtında ödəniş aparır. Ərzənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında arayışlardan görünür ki, tərəflərin faktiki nikahlarından 24 yanvar 2013-cü ildə Orxan, 18 sentyabr 2015-ci ildə Emil adlı uşaqları anadan olmuşdur. Ərizəçi ("Birinci tərəf") və Maraqlı şəxs ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş 24 fevral 2024-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, Beyləqan rayon məhkəməsinin 01 iyun 2022-ci il tarixli,2(020)-626/2022 saylı qətnaməsinə əsasən 24 yanvar 2013-cü ildə anadan olmuş Orxan və 18 sentyabr 2015-ci ildə anadan olmuş Emil adlı uşaqların- saxlanması üçün hər ay, hər uşaq üçün 50(əlli) manat, cəmi 100(yüz) manat sabit pul məbləğində aliment artırılaraq hər ay, hər uşaq üçün 100(yüz) manat, cəmi 200(iki yüz) manat məbləğində olması və hər uşaq üçün 100(yüz) manat, cəmi 200(iki yüz) manat məbləğində alimentin Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana kimi ona ödənilməsi barədə razılaşmışlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Beyləqan rayon məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(020)-626/2022 saylı qətnaməsinə əsasən 24 yanvar 2013-cü ildə anadan olmuş Orxan və 18 sentyabr 2015-ci ildə anadan olmuş Emil adlı uşaqların- saxlanması üçün hər ay, hər uşaq üçün 50(əlli) manat, cəmi 100(yüz) manat sabit pul məbləğində aliment artırılaraq hər ay, hər uşaq üçün 100(yüz) manat, cəmi 200(iki yüz) manat məbləğində olması və hər uşaq üçün 100(yüz) manat, cəmi 200(iki yüz) manat məbləğində alimentin Maraqlı şəxs tərəfindən xx.xx.2024cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana kimi Ərizəçi ödənilməsi barədə 24 fevral 2024-cü il tarixli MŞC/1/00135 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 56 (əlli altı) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar