Məhkəmə qərarları › İş №2(020)-651/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-651/2023

12.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-651/2023 12.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı5 iştirakı ilə İddiaçılar İddiaçı*, X3, İddiaçı5 İddiaçı2 İddiaçı4 cavabdehlər Cavabdeh qızı və Beyləqan rayon * saylı X*rşı Beyləqan rayon * saylı Notairat Kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyətlərində olan evin, və *.20 ha pay torpaq sahəsindən və Beyləqan rayonunun 2-ci Şahsevən kəndində yerləşən evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: İddiaçılar İddiaçı* və qeyriləri Cavabdeh qızına və qeyrisinə qarşı Beyləqan rayon * saylı Notairat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyətlərində olan evdən və *.20 ha pay torpaq sahəsindən və Beyləqan rayonunun 2-ci Şahsevən kəndində yerləşən evdən çıxarılmaları tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Hazırda iddiaçı və digər iddiaçılar X3 və İddiaçı4 vəkalətli nümayəndəsi İddiaçı5 məhkəməyə ərizə təqdim edərək, hazırki mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan hazırki məhkəmə iclasına gəlməmiş vəya nümayəndələrini göndərməmiş və işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.**-ci maddəsində göstərilir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. İş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər, mahiyyəti üzrə işə baxılmasını tələb etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçılara adı çəkilən məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 268.*-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı*, X3, İddiaçı5 İddiaçı2 İddiaçı4 cavabdehlər Cavabdeh qızı və Beyləqan rayon * saylı X*rşı Beyləqan rayon * saylı Notairat Kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyətlərində olan evin, və *.20 ha pay torpaq sahəsindən və Beyləqan rayonunun 2-ci Şahsevən kəndində yerləşən evdən çıxarılması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçıların dövlət rüsumu kimi ödəmiş olduqları *00 manat pul iddiaçılara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, ərizənin baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər Qərardaddan onun sürəti tərəfə rəsmi qaydada verildiyindən sonra *0 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar