Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-738/2025 20.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu *9 aprel 1992-ci il təvəllüdlü X2 *2 noyabr 1996-cı il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Beyləqan rayonunda yaşayır. Oğlu *9 aprel 1992-ci ildə anadan olmuş X5 *2 noyabr 1996-cı ildə xəstəliklərdən rəhmətə getmişdir. Beyləqan rayonun Dünyamalılar kənd qəbiristanlıqda dəfn edilmişdir. Səhlənkarlıqdan oğlu *2 noyabr 1996-cı ildə rəhmətə getməsinə baxmayaraq Qeydiyyat orqanından ölüm sənədi alınmamışdır. Oğlunun ölümündən sonra səhlənkarlıqdan və həmin vaxt yasa başı qarışıq olduğundan və bilməməzlikdən ölüm haqqında şəhadətnamə almaq üçün qeydiyyat orqanına müraciət edilməmişdir. Yerli hakimiyyət orqanları və xəstəxanada onu başa salmamışdır. O, sənədləri kənd sovetinə versə də onlar heç bir hərəkət etməmişlər və nəticədə ölüm sənədi ala bilməmişdir. Hal-hazırda ölüm sənədinin olmaması problemlər yaratdığından ötrü mərhum oğlunun ölümünü təstiq edən sənədə ehtiyac vardır. Sistemdə vurulduqda mərhumun adı çıxır və ailə üzvü kimi yazılır. Maraqlı şəxs bərpa akt qeydləri üzrə vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində aşkar olunmamışdır. Oğlunun ölümünü təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş və bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. O, ölümü təsdiq edən sənədi almaq üçün Qeydiyyat orqanına müraciət etsə də, bildirdilər ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. Beyləqan rayon Mərkəzi Xəstəxanasına da müraciət edərək tibbi şəhadətnamə almaq istədikdə xəstəxanaya vaxtında müraciət edilməməsi əsas gətirilərək imtina məktubu verilmişdir. O, mülki adına keçirmək, yəni onun adına olan torpaqları və digər işləri görmək istəyir. Lakin oğlunun ölüm sənədi ohmadığı üçün səndələşmə işləri apara bilmir. Ona görə də oğlunun ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Ona oğlunun ölüm haqqında şəhadətnamə almaq vərəsəlik açdırmaq, adına olan əmlakları adına keçirmək üçün lazımdır. Beyləqan rayon Qeydiyyat idarəsindən şəhadətnamə istəyərkən ona bildirmişdilər ki, onlarda və Ədliyyə Nazirliyinin arxiv idarəsində ölüm sənədinin kötüyü yoxdur və ona rədd məktubu verilmişdir. Ölüm sənədini başqa cür ətdə etmək mümkün deyildir. İslahat zamanı oğlunun adına pay torpaq sahəsi verilmişdir və həmin torpağa yeni sənəd almaq üçün ölüm faktının təsdiq edilməsi ona vacib lazımdır. Başqa cür ölüm sənədi ala bilmir. Oğlu *9 aprel 1992-ci ildə anadan olmuş X2 *2 noyabr 1996-cı ildə ölməsi faktnıın müəyyən edilməsi barədə qətnamə çıxarılmalsını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, oğlu qəflətən baş vermiş xəstəlikdən Beyləqan rayonunun Dünyamalılar kəndində yaşadıqları evlərində ölmüşdür. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həyat yoldaşıdır, mərhum X5 isə onun oğludur. X1 anadangəlmə olan xəstəlikləri səbəbindən *2 noyabr 1996-cı il tarixdə Beyləqan rayonunun Dünyamalılar kəndində yaşadıqları evlərində ölmüş və onu Beyləqan rayonun Dünyamalılar kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Ərizəçinin oğlu X5 *2 noyabr 1996-cı il tarixdə Beyləqan rayonunda yaşadıqları evdə ölmüşdür. Mərhumu Beyləqan rayonun Dünyamalılar kənd qəbristanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bibisi oğludur. Ərizəçinin oğlu X5 *2 noyabr 1996-cı il tarixdə Beyləqan rayonunda yaşadıqları evdə anadangəlmə olan xəstəlik səbəbindən ölmüşdür. Mərhumu Beyləqan rayonun Dünyamalılar kənd qəbristanlığında dəfn etmişlər. O, yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Maraqlı şəxs *3.*2.2*25-ci il tarixli arayışdan görünür ki, *9.*4.1992-ci il təvəllüdlü X2 atası Ərizəçi, anası isə X3r. Beyləqan rayon İcra Hakimyyəti Başçısının Dünyamalılar kənd inzibati ərazi dairəsi üzə Nümayəndəsi tərəfindən verilmiş 17.*2.2*25-ci il tarixli 2*8 №-li Arayışdan görünür ki, Ərizəçi oğlu mərhum X5 *2.11.1996-cı il tarixdə vəfat etmiş və həqiqətən Dünyamalılar kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X12 17.*2.2*25-ci il tarixli 23 №-li məktubundan görünür ki, Beyləqan rayonu,Dünyamallar kənd sakini 1965-ci il təvəllüdlü Ərizəçi övladı X5 *9.*4.1992-ci il tarixdə anadan olmuş və şəxsin valideynləri “Beyləqan Rayonu Mərkəzi Xəstəxanası’ publik hüquqi şəxsə ölüm haqda tibbi şəhadətnamə almaq üçün vaxtında müraciət etmədiklərinə görə ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Məhkəməyə müraciət edilməsi tövsif edilmişdir. Maraqlı şəxsndən verilmiş 17.*2.2*25-cü il tarixli 88 nömrəli Rəydən görünür ki, Ərizəçi övladı X2 ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Fotoşəkillərdən görünür ki, qəbir daşının üzərində “X9 o. və *9.*4.1992 -*2.11.1996” qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, *9 aprel 1992-ci il təvəllüdlü X2 *2 noyabr 1996-cı il tarixdə ölməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. *9 aprel 1992-ci il təvəllüdlü X2 *2 noyabr 1996-cı il tarixdə, Beyləqan rayonunun Dünyamalılar kəndində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə *9 aprel 1992-ci il təvəllüdlü X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-738/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-738/2025
20.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver