Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-773/2023 17.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi-Ərizəçi, Maraqlı tərəf- Maraqlı şəxs rəisi X5 iştirakı ilə, Ərizəçi anası X2 20.*0.*977-ci ildə Beyləqan şəhərində ölməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası X2 20.*0.*977-ci ildə Beyləqan şəhərində ölməsi faktının qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, *5.07.*939cu il təvəllüdlü mərhum anası X3 20.*0.*977-ci ildə Beyləqan şəhərində ümumi xəstəlikdən dünyasını dəyişmişdir. Mərhum anasının vəfatından sonra ailə üzvlərinin başı dəfn mərasiminə qarışdığından və sonra da səhlənkarlıqdan mərhum anasına ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etməmişlər. Mərhum anasının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün bir sıra sənədləşmələrdə çətinlik çəkirlər. Anasının ölümünü təstiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün mütləq məhkəməyə müraciət olunmalıdır. Ona görə də anası X2 20.*0.*977-ci ildə Beyləqan şəhərində ölməsi faktının qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs rəisi Malik Mahmudov ərizənin təmin edilməsinə etiraz etmədi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin maraqlı tərəfin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır. Məhkəmə iclasında ifadə verən şahid X6 göstərdi ki, o, mərhumun X*. Afruza Əliyeva həqiqətən də 20.*0.*977-ci ildə Beyləqan şəhərində ölmüşdür. İşdə olan pasportun surətindən görünür ki, X4 *5.07.*939-cu ildə anadan olmuşdur. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, mərhum X3 *977-ci ildə ölmüşdür. İşdə olan Maraqlı şəxs 23 fevral 2023-cü il tarixli ölüm haqqında akt qeydinin alınmasından imtina haqqında rəydən görünür ki, Ərizəçi mərhum anası X2 ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi faktının müəyyən olunmasına dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmədə müəyyən edildi ki, ərizəçiyə həmin faktın təsdiqi mülkiyyətlərində olan əmlaklara dair hüquqlarını həyata keçirməkdən ötrü lazımdır. Ərizəçi oğluna ölüm haqqında şahadətnamə götürmədiyindən müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Ona görə də həmin faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 305.*.*, 308-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi mərhum anası X2 20.*0.*977ci ildə ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası X2 20.*0.*977-ci ildə Beyləqan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-773/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-773/2023
17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver